Ağ asırqal

Ağ asırqal (lat. Veratrum album) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.

Ağ asırqal
Elmi təsnifat
Beynəlxalq elmi adı

Veratrum album (=Veratrum lobelianum Bernh.) – Ağ asırqal (Çoxsalxımlı dioskoreya, şamdanabənzər, dioskoreya)

Botaniki xarakteristikası:

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökümsovu qalın, şaquli və çoxsaylı uzun köklərdən ibarətdir. Gövdəsi qalın, uzunluğu 70-170 sm-ə bərabərdir. Yarpaqları növbəli, iri, qalın, ellipsvari, bütövkənarlı olub, uzun boruşıkillidir. Yarpaqlarında büzməli lövhəciklər yerləşir. Zirvədəki süpürgə çiçəklərinin uzunluğu 20-60 sm-dir. Çiçəkləri görkəmsiz, yaşıl, sadə, 6 bölümlü və geniş kasa yarpağına malikdir. Meyvələri 3 yuvalı qutucuqdan və çoxsaylı toxumlardan ibarətdir. Bu bitki olduqca zəhərlidir(!). İyun-avqusta çiçəkləyir, avqust-sentyabrda meyvələri yetişir. Tərkibində veratrin alkaloidi olduğundan olduqca zəhərlidir.[2]

Avrasiya növüdür. Rusiyanın Avropa hissəsinin meşə və meşə-çöl ərazilərində, cənubi Qazaxıstanda, şimal-şərqi Qırğızıstanda və Orta Asiya, Qərbi Sibir, cənub-şərqi Sibir və Baykal ətrafı ərazilərdə çox geniş yayılmışdır.

Meşə zonalarında, meşə və subasar çəmənliklərdə, iynəyarpaqlı və qarışıq meşələrdə, tozağacı, meşə-bozqır və çay kənarlarında yayılmışdır.[3]

Xammal olaraq kökümsov və kökləri erkən yaz və payızda yığılmalı və tez bir zamanda qurudulmalıdır. Unutmaq olmaz ki, zəhərli olduğundan tənəffüs yollarının selikli qişasını güclü qıcıqlandıra bilər(!). Qurudulma təbii şəraitdə, daimi havalı yerlərdə və ya quruducu şkafda 60°С-də aparılmalıdır.

Quru yerdə saxlanılır. B siyahısına daxildir. Saxlanılma müddəti 4 ildir. Xammalı həm bütöv və həm də doğranmış kökümsov və kökləri ola bilir. İysiz olub, dadı təyin edilməmişdir(!).[4]

Tərkibi və təsiri: 

[redaktə | mənbəni redaktə et]

Bitkinin bütün orqanlarında steroid alkaloidlər və qlikoalkaloidlər vardır. Yeraltı orqanlarında ifrazat alkaloidi, qlikoalkaloid və psevdoiervin alkaloidlərindən ibarətdir. Bu alkaloidlər köklərdə 2,4%, kökümsovlarda 1,3%, otunda isə 0,55%-dir. Otun tərkibindəki alkaloidlər yayda birdən - birə aşağı düşür, yazda isə miqdarı artır.

Famakoterapevtik qrup Antipedikulyoz dərmandır.

Yabanı çoxillik asırqalın yaz və payızda toplanan kökümsov və kökləri xammal kimi keyfiyyətli dərman bitkisidir. [5]

Asırqalın 70% etil spirtində 1:10 nisbətində cövhəri və 1:10 nisbətində sulu məhlulu antipedikulyoz dərmandır.

Kökümsov və köklərindən məhlul alınır ki, bu baytarlıq praktikasında parazit əleyhinə dərmanlar hazırlanır. Yüksək toksikidir(!).[6]

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

"Zəhər" hekayəsində Mirqasım kişinin atı göy ürgə asırqal bitkisini yeyib ölür. Bu bitkini yedikdən sonra zəhərlənmə əlmətləri özünü bəlli etmişdir(ağızdan köpük gəlmə, büdrəmə və s.)

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1044.
  2. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  3. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  4. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  5. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  6. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333