Ağ bənövşə (lat. Viola alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Ağ bәnövşә | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağ bәnövşә |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Hündürlüyü 5–20 sm, uzun, nazik, sürünən yerüstü zoğları olan, kökümsovları nazik və ya qalıntəhər olan çoxillik gövdəsiz ot bitkisidir. Yarpaqları yumurtaşəkilli, enliyumurtaşəkilli, böyrəkşəkilli, qaidə hissəsində qismən dərin-ürəkşəkillidir, kənarlarda dairəvidişlidir, uc hissədə sivritəhər və ya küttəhərdir, bəzən sivriləşmişdir; budaqların yarpaqları bəzən demək olar ki, üçbucaq formadadır; saplaqla birlikdə bütün yarpaqlar adətən uzuntəhər cod ağımtıl tüklərlə örtülüdür, nadir halda demək olar ki, çılpaqdır, adətən tünd-göy və ya bənövşəyi rənglənmişdir; kökətrafı yarpaqları uzun saplaq üzərindədir. Çiçəkləri uzun qoltuq çiçək saplağında olub, iki çiçəklaltlığı vardır, ətirlidir, ağ və ya bənövşəyi rəngdədir. Qutucuq şarşəkillidir, qismən codtəhər tüklüdür. Mart-aprel aylarında çiçəkləyir, May (iyun) ayında meyvə verir.
Böyük Qafqazda (Quba), Samur-Şabran ovalığında, Böyük Qafqazın şərqində, Kür-Araz ovalığında, Kiçik Qafqazın cənubunda, Naxçıvanın dağlıq, Lənkəranın dağlıq və ovalıq ərazilərində orta dağ qurşağına qədər yayılmışdır.
Meşələrdə, kolluqlarda, meşənin kənarlarında, bağlarda rast gəlinir.