Ağ dünya [1] tammetrajlı bədii televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Sabah" Eksperimental Yaradıcılıq Birliyi-Sınaq Studiyasında istehsal edilmişdir. Psixoloji dramın mərkəzində dəli Səməd dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır. Filmdə əsas rolları Şahmar Qəribli, Muxtar Maniyev, Sədaqət Nuriyeva, Məzahir Süleymanov, Bahar Abdullayeva, Almaz Amanova və Kazım Abdullayev ifa edirlər.
Ağ dünya | |
---|---|
Fayl:Ağ dünya (film, 1995).jpg | |
Janr | dram |
Rejissor | Şahmar Qəribli |
Prodüser | Ramiz Mirzəyev |
Əsərin müəllifi | Yusif Vəzir Çəmənzəminli |
Ssenari müəllifi | Şahmar Qəribli |
Baş rollarda |
Şahmar Qəribli Muxtar Maniyev Sədaqət Nuriyeva Məzahir Süleymanov Bahar Abdullayeva Almaz Amanova Kazım Abdullayev |
Operator | Vahid Babayev |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Oqtay Quliyev |
İstehsalçı | "Sabah" Eksperimental Yaradıcılıq Birliyi-Sınaq Studiyası |
Filmin növü | tammetrajlı bədii televiziya filmi |
Müddət | 72 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1995 |
Rəng | rəngli |
IMDb | ID1198118 |
Psixoloji dramın mərkəzində dəli Səməd (Şahmar Qəribli) dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır: Qardaşı (Kazım Abdullayev) tərəfindən işgəncəyə məruz qalan Səməd, simicliyindən arvadını (Bahar Abdullayeva) çərlədən Kərbəlayi Eyvaz (Məzahir Süleymanov) və dilinin sərtliyi ucbatından əri (Muxtar Maniyev) tərəfindən döyülən Züleyxa (Sədaqət Nuriyeva) filmin əsas personajlarıdır. Bu hadisələrin hamısına biz dəli Səmədin gözü ilə baxırıq. Lakin film boyu belə bir deyim yada düşür: Allahu-təala bir insana hər şey verir, bir insana heç şey.
Film Yusif Vəzir Çəmənzəminlinin "Dəli", "Dürnisə və kərbəlayi Eyvaz", "Cümə axşamı" hekayələrinin motivləri əsasında çəkilmişdir.
Əsərin müəllifi: Yusif Vəzir Çəmənzəminli
Ssenari müəllifi: Şahmar Qəribli
Rejissor: Şahmar Qəribli
Operator: Vahid Babayev
Rəssam: Oqtay Quliyev
Bəstəkar: Cavanşir Quliyev
Prodüser: Ramiz Mirzəyev
Şahmar Qəribli — Dəli Səməd
Muxtar Maniyev — Hacı Həsən
Sədaqət Nuriyeva — Züleyxa
Məzahir Süleymanov — Kərbəlayi Eyvaz
Bahar Abdullayeva — Dürnisə
Almaz Amanova — Səmədin anası[2]
Kazım Abdullayev — Hacı Qara[3]
Sidiqqə Heydərova — qarı
Vəsilə Xankişiyeva — gəlin
Elşən Şirəliyev — Qulam
Allahyar Əliyev — Fərəc
Kamal Almuradlı — Kərim
Azərbaycan filmlərinin siyahısı
1995-ci ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı