Elşən Şirəliyev

Elşən Şirəliyev (tam adı: Elşən Şıxəli oğlu Şirəliyev; 2 oktyabr 1962, Bakı20 dekabr 2021, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Elşən Şirəliyev
Elşən Şıxəli oğlu Şirəliyev
Digər adı Elşən Çarhanlı
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili Azərbaycan Dövlət İncəsənət İnstitutu
Mükafatları "Fəxri mədəniyyət işçisi" döş nişanı — 2014
"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2018
IMDb ID2948300

2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.

H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əsas rolları:

  1. Əkizlər — ("Dörd əkiz", P. Panşev)
  2. Manqurt — ("Əsrə bərabər gün", Ç. Aytmatov)
  3. Dursun — ("Oqtay Eloğlu", C. Cabbarlı)
  4. Göyçək kababçı — ("Dəyirman", M. Süleymanlı)
  5. Saşka — ("Saşka", V. Kondratyev)

1989-cu ildə Saşka roluna görə Mədəniyyət Nazirliyinin I dərəcəli Diplomuna və pul mükafatına layiq görülüb.

Gənc Tamaşaçılar Teatrında əsas rolları:

  1. Neron — ("Neron oynayır", M. Xubai)
  2. Potso — ("Aydın", C. Cabbarlı)
  3. Məcnun — ("Leyli və Məcnun", M. Füzuli)
  4. Dimetçi — ("Yay gecəsində yuxu", Vilyam Şekspir)
  5. Qildestern — ("Hamlet", Vilyam Şekspir)
  6. Kleon — ("Herostatı unudun", Q. Qorin)
  7. Naçalnik — ("Qurbanəli bəy", C. Məmmədquluzadə)
  8. Məşədi Oruc — ("Ölülər", C. Məmmədquluzadə)
  9. Dəli Tiriq — ("Mamoy kişinin yuxuları", V. Səmədoğlu)
  10. Passifist – ("Generalın son əmri", V. Səmədoğlu)
  11. Fərrux şah – ("Qadın ilan", K. Qotsi)
  12. Məmmədəli – ("Dələduz", N. B. Vəzirov)
  13. Məlikməmməd – ("Məlikməmməd", Xalq nağılı)
  14. Novruz bəy – ("Aydın", C. Cabbarlı)
  15. Səyyad – ("Onun iki qabırğası", Ə. Əmirli)
  16. Səfir – ("İyirmi ildən sonra", Ə. Əmirli)
  17. Əvəz – ("Kişi və qadın", Ə. Əmirli)
  18. Dilənçi – ("Varlı qadın", Ə. Əmirli)
  19. Rüstəm – ("Atamın kitabı", B. Vahabzadə)
  20. Vəzir – ("Yaxşı padşahın nağılı", Anar)
  21. Kişi – ("İmperator", E. Hüseynbəyli)
  22. Əzrayıl – ("Dünyanın axırı", R. Əlizadə)
  23. Effer bəy – ("Bir az gəlirmisiz", Ə. Nesin)
  24. Şair İsmayıl – ("Hamı səni sevənlər buradadır", K. Abdulla)
  25. Zabit – ("Kim dedi ki, Simurq quşu var imiş", K. Abdulla)
  26. Bəstəçi – ("Sevirəm səni Türkiyə", K. Abdulla)
  27. Əbülüla – ("Şeyx Sənan", H. Cavid)
  28. Kral – ("Yatmış gözəl" B. Marvin)
  29. Mister Bambl – ("Oliver Tvistin macəraları" — Ç. Dikkens)
  30. Molla Feliks – ("Əcəl atı" V. Əlixanlı)
  31. Nəcəf – ("Mən səni sevirəm –M. S. S" Ə. Əmirli)
  32. Tip – ("Məhv olmuş gündəliklər" İ. Əfəndiyev)
  33. Əmirqulu — ("Buzovna kəndinin əhvalatları" Elçin)
  34. Hatəmxan ağa – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə)
  35. Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə)
  36. Əmir Teymur – ("Əlincə qalası" Dilsuz)
  37. Hüseynqulu bəy – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq)
  38. Karabas Barabas – ("Buratinonun macəraları" A. Tolstoy)
  39. Canavar — ("Qoğalın nağılı" Xalq nağılı)

7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

10 may 2019-cu ildə[2] və 7 may 2020-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

  1. Ağ dünya (film, 1995)
  2. Son döyüş (film, 1996)
  3. Fatehlərin divanı
  4. Bir anın həqiqəti (film, 2003)
  5. Biz qayıdacağıq (film, 2007)
  6. Cavid ömrü (film, 2007)
  7. Ölüm növbəsi (film, 2009)
  8. Səhərə inan... (film, 2011)
  9. Sirr (serial, 2012)
  10. Sübhün səfiri (film, 2012)
  11. Bir ovuc torpaq (2013)
  12. Aydın
  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.