Ağ küstüşam

Ağ küstüşam (lat. Bryonia alba) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin küstüşam cinsinə aid bitki növü.

Ağ küstüşam
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Ağ küstüşam lian tipli, zərif görünüşlü olsa da,  kökləri insanı xatırladır. Gövdəsi zərif və incə olmaqla 1–2 m uzana bilir. Yumru yarpaqları 3-4 bölümlüdür. Meyvləri qara rəngli və yumrudur.

Ədəbiyyat mənbələrinə görə kökündə kişi cinsi orqanı görünən fərdlərinin dərman əhəmiyyəti daha güclü sayılır. Slovyan xalqlarının “maqiada” bu bitkidən  istifadəsi barədə məlumatlar vardır.

Bizim ekspedisiya zamanı tapdığımız bitkinin kökü məhz bu qəbildəndir.

Təsiri və tərkibi 

[redaktə | mənbəni redaktə et]

Adamotunun köklərində qülkozidlər, aşı maddəsi, kumarin, karbohidrat, efir və piyli yağ, brinolov turşusu, alkaloidlər, saponin, qatran, fitosterin , triterpenoidlər,  kukurbitasinlərdən D (elaterin A) və B, E(elaterin B), C, K vitaminləri tapılmışdır. Bu bioloji fəal maddələrdən alınmış preparatlar revmatizmada, qankəsici, ağrı kəsici, iflic vuran insanlara təyin edilir.

Tibbi məqsəd üçün köklərindən istifаdə оlunur. Kökündə və bаşqа hissələrindən iki аmоrf zəhərli qlükоzid-briоnin və briоnidin, аşı məddəsi, nişаstа, qətrаn, pоlisахаridlər və s. vаrdır.

Еkspеrimеntаl tədqiqаtlаr zаmаnı müəyyən оlunmuşdur ki, bu bitkilərdən аlınаn qlükоzidlər ürək əzələsinin tоnusunu аrtırır və аrtеriаl təzyiqi yüksəldir. Spirtli еkstrаktındаn аlınаn mаyе isə yüngül işlədici təsirə mаlikdir.

Bu bitki zəhərli оlduğunа görə хаricə sürtməklə оynаq rеvmаtizmində istifаdə оlunur.

Xalq təbabətinə görə əsasən kökunü qaynadıb içdikdə  tutulan oynaqlar açılır, epilepsiyalı xəstəliklərin  müalicəsiiində effektiv təsir vasitəsi kimi tətbiq edilir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1012.