Ağ söyüd

Ağ söyüd (lat. Salix alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.

Ağ söyüd
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Avropada təsvir olunub. Avropanın hər yerində, İranda, Hindistanda, Çində, Kiçik və Orta Asiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 2-3 m-ə çatan, geniş çətirli, iri gövdəli ağacdır. Qabığı bozdur, budaqları gümüşü tüklüdür. Yarpaqaltlıqları хırda, gümüşü tüklü və erkən töküləndir. Yarpaq saplaqlarının uzunluğu 3-10 mm-dir, üst tərəfində vəziləri vardır. Yarpaqlarının uzunluğu 5-12 sm, eni 1-3 sm-dir. Sırğaları nazikdir, uzunluqları 3-5 sm, yarpaqları ilə eyni zamanda açılır. Erkəkcikləri 2-dir, sərbəstdir, alt tərəfi tüklüdür. Tozluqları parlaq-sarı rəngdədir. Erkəkcikli çiçəklərdə çiçək ballıqları qabaq və dalda olmaqla 2-dir, dişicikli çiçəklərdə isə 1, təsadüfü hallarda 2 olur. Yumurtalığı çılpaqdır, yumurtaşəkilli-konusvaridir, saplaqsızdır və ya qısa ayaqcıq üzərindədir. Aprel ayında çiçək açır.

Torpağa az tələbkar, tez böyüyən, şorakətli torpaqlara dözümlü bitkidir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Naхçıvan, Lənkaran, Kür-Araz ovalığı və Alazan-Əyriçay vadisində orta dağ qurşağına qədər olan sahələrdə əkilir.

Abşeronda özəl həyətyanı sahələrdə yaşıllaşdırmada istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Argorips alba (L.) Raf.
  • Salix pallida Salisb.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1021.