Ağaçayırı müharibəsi — 16 avqust 1488-ci ildə Osmanlı İmperiyası ilə Məmlük dövləti arasında Çukurova bölgəsində baş verən müharibə.[3][4] [5] [6]
Ağaçayırı müharibəsi | |||
---|---|---|---|
Osmanlı- | |||
Tarix | 16 avqust 1488 | ||
Yeri | |||
Nəticəsi | Məmlük dövlətinin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Davud Paşa səfərdən qayıtdıqdan sonra, İstanbulda yeni bir Məmlük yürüşü üçün hazırlıqlara başlanıldı. Padşah, bu dəfə Osmanlı donanmasına da göndərməyi qərara alınmışdı. Hətta II Bəyazid Osmanlı donanmasının Şərqi Aralıq dənizində rahat hərəkət etməsi üçün Venesiya dövlətindən icazə istəsə də, buna müvəffəq olmamışdır.
yürüş hazırlığını tamamlayan Osmanlı ordusu, vəzirliyə yüksələn Rumeli bəylərbəyi Xədim Əli Paşanın komandanlağı ilə İstanbuldan hərəkət etdi. Tabeçiliyinə yeni Rumeli bəylərbəyi Xəlil Paşa ilə Anadolu bəylərbəyi Sinan Paşa da verilmişdi. 60 min nəfərlik bir qüvvə ilə Çukurova gedən Xədim Əli Paşaya yolda Qaraman bəylərbəyi Yaqub Paşa da qoşuldu. Bundan başqa, Hersekzadə Əhməd Paşa da, 100 gəmidən mütəşəkkil donanma ilə Şərqi Aralıq dənizi sahillərinə hərəkət eləmişdi.
Xədim Əli Paşa, Ereğlidən sonra, Külek boğazını keçərək Adanaya çatdı. Tarsus şəhəri ilə buranı yaxşıca mülki etdikdən sonra, Ayaş qalası üzərinə yeridi. Qala naibin qaçması ilə həm qurudan, həm də dənizdən edilən Ayaş, müqavimət göstərmədən Osmanlı qüvvələrinə təslim oldu[7].
Bu arada II Bəyazidin istəyini rədd edəndən sonra, Hersekzadə Əhməd Paşanın donanma ilə Kiprə hücum etməsindən qorxan Venesiya senatı Françesko di Priali komandasında 40 gəmilik bir donanma ilə Kiprə göndərməklə təhkim etmişdi[8].
Osmanlı donanması, Ayaş limanının zəpt etdikdən sonra ardınca Trablusşam sahillərində İsgəndərun körfəzinə girdi. Burada dağ ilə sahilin birləşdiyi keçidi tutaraq Məmlük ordusunun keçidinə mane olmaq istədi.
Əmir Özbək komandanlığındakı Məmlük ordusu Bakras keçidini keçib, İsgəndərun limanına doğru irəliləməyə başlayanda, çıxan bir fırtına ilə Osmanlı donanmasının pərişan olduğunu gördülər (Yarıkkaya fırtınası). Qəfil fırtına, bir çox Osmanlı gəmisini batırdığı kimi, mühüm bir qismini də sahilə sürükləmiş, bu üzdən Hersekzadə Əhməd Paşa keçidin qarşısından çəkilmək məcburiyyətində qalmışdı.
Osmanlı donanmasının bu aqibətini fürsət bilən Məmlüklər, Adana istiqamətində irəliləməsinə davam etdirərkən Babül-Melik (Sarıseki) Dərbənd Nablus şeyx İbn İsmayılın əmrindəki bir qabaqcıl birliyi məğlub edildi. Ancaq əsl Əmir Özbək komandasındakı qüvvələrin keçidinə mane ola bilmədilər. Bu arada dənizdən çıxan Osmanlı əsgərlərini də əsir edən Məmlük ordusu, Ayaş yolu ilə Adanaya gələrək Ağaçayırı deyilən mövqedə düşərgə qurmuş Osmanlı ordusunun qarşısında döyüş nizamı ilə dayandılar. Əmir Özbəkin əmrində olan Məmlük ordusunda tanınmış bir çox Məmlük sərkərdə var idi. 40 min nəfərlik orduları da son dərəcə yaxşı təchiz olunmuş idi.
17 avqust 1488-ci ildə baş verən və Ağaçayırı deməklə şöhrət tapan çox şiddətli bir müharibədə, Osmanlı ordusunun mərkəzində Xədim Əli Paşa, İsfendiyaroğlu Əhməd Bəy, Turahanoğlu Ömər Bəy, Mehmed və Yəhya Bəy və yeniçəri yer almışdılar.
Sağ cinahda isə, Anadolu bəylərbəyi Sinan Paşa ilə Qaraman bəylərbəyi Yaqub Paşa, Veliyyüddinoğlu Əhməd Paşa və Süleyman Paşa qoşunları ilə mövqe tutmuşdular.
Sol qanadda da, Rumeli bəylərbəyi Xəlil Paşa Rumeli əsgəri ilə hazır idi.
Evrenosoğulları İsa və Süleyman Bəy sağ qolun, Oxrid bayraq bəyi Hüseyn Bəy də sol qanada rəhbərlik edirdilər.
Məmlük ordusunun tərtibi isə belə idi:
Əmir Özbək mərkəzdə,
Şam əsgərləri ilə Dımaşk naibi və Türk əmirləri sağ qanadda,
Hələb naibi əsgərləri ilə sol tərəfdə yer almışdılar.
Timraz deyilən 4 min nizəli əsgər də ordunun önündə idi.
Döyüşə Məmlüklər üzərinə şiddətli hücumla Osmanlı ordusu başladı[9]. İlk anda Şam naibinin əsgərləri dağılaraq qaçdılar. Qaramanlıların qaçmaları və Evrenosoğulları İsa bəyin və Süleyman bəyin həlak olmaları sol qanadda dağılmalara yol açdı. Rumeli bəylərbəyi Xəlil Paşanın qətiyyətsizliyi isə vəziyyəti tamamilə Osmanlıların əleyhinə çevirdi. Bu üzdən məhz Osmanlı ordusu böyük bir təhlükə ilə qarşı-qarşıya qaldı. Məmlük qabaqcıl Timraz birliyi Ramazanlı, Turqutlu və Varsaklarla birlikdə Osmanlı düşərgəsinə çatıb qarət etməyə başladılar. Digər tərəfdən döyüş meydanından qaçan bəzi Məmlük əsgərləri, Bakras keçidini keçərkən, Hersekzadə Əhməd Paşa tərəfindən məğlub edildilər.
Xədim Əli Paşa, bütün bu ağır şərtlərə baxmayaraq, qapıqulları və öz adamları ilə şiddətlə müqavimət göstərdiyi kimi, bir ara hücuma da keçdi. Daha sonra Xəlil və Yəhya Paşa hücumları da bir nəticə verməmişdir. Bu israr etmələr və zaman zaman qarşı hücumlarla qəti bir məğlubiyyətdən xilas olan Osmanlı ordusu, özləri ilə daşıdıqları top və sair hərbi ləvazimatları ilə Adanaya çata bilmişdilər. Osmanlı ordusunun son müqaviməti qarşısında bir şey edə bilməyən Əmir Özbək, Hersekzade Əhməd Paşanın qələbəsini də eşidəndə, Adana ətrafında çox qalmayaraq Hələbə doğru dönmək üçün hazırlığa başlamışdı. Ancaq Turqutlu və Varsakların təkidi ilə, mancanaqlar quraraq Adananı mühasirəyə aldı. Üç ay davam edən mühasirə zamanı, şəhər güclü müdafiə edildi. Ancaq barıt zirzəmisinə düşən od ilə baş verən partlayış ilə mühafizəçilər şəhəri Əmir Özbəyə təslim etdilər.
Xədim Əli Paşa, Adananın ələ keçirilməsindən sonra Ereğli və Larendeye çəkilərək dağılan qüvvələri topladı. Müharibədə qətiyyətsizlik göstərən şəxsləri təsbit etməyə başladı. II Bəyazid də, döyüşdən qaçan Kayseri bəylərbəyi Yularkısdı Sinan Bəy, Karesi bəylərbəyi İshaq Bəy və Qaraca Paşaoğlu İsgəndər Çələbi ilə Anadolu kəndxudasını İstanbula gətirdərək Rumeli qalasında habs etdi. Karahisarda dustaq olan Qaragöz Mehmed Paşa edam olundu.