Ağa xan Müqəddəm — XVI əsrin sonları və XVII əsrin əvvəllərində fəaliyyət göstərmiş Səfəvi hərbçisi və dövlət xadimi. Marağa hakimi kimi xidmət etmişdir.
Ağa xan Müqəddəm | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Qarabağ bəylərbəyliyi, Səfəvi imperiyası |
Vəfat tarixi | XVII əsr |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Səfəvi ordusu |
Rütbə | Xan |
Vəzifəsi | Marağa hakimi |
Döyüşlər | Səfəvi–Osmanlı müharibəsi (1603–1618) |
Ağa xan mənşə etibarilə Qızılbaş türkman tayfalarından olan Otuzikilərin Müqəddəm qoluna mənsubdur. Müqəddəmlərin Ağa xanın da mənsub olduğu oymağı Qarabağda məskunlaşmışdı. Səfəvi hökmdarı I Abbas (1587-1629) Marağanın hakimi olan və kürd Mükri tayfasına mənsub Qubad xan Mükrini vəzifəsindən azad etdikdən sonra 1609-cu ildə bu vəzifəyə Ağa xan Müqəddəmi təyin etmişdir. Bundan sonra I Abbasın əmri ilə Marağada məskunlaşan Mükri tayfasına mənsub olan kürdlər qırğınlara məruz qalmış və şəhərin hakimliyi Qacarlar dönəminin sonuna qədər müxtəlif Müqəddəm tayfasından olma şəxslərə həvalə edilmişdir.