Otuzikilər

OtuzikilərAzərbaycan Respublikasının Bərdə rayonunun Otuzikilər kənd inzibati ərazi dairəsində kənd.[1]

Otuzikilər
40°23′08″ şm. e. 47°14′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Bərdə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 30 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Otuzikilər xəritədə
Otuzikilər
Otuzikilər

Vəliuşağı və Hacıəhmədli kəndlərinin arasındakı şor su kanalının çəkilişi zamanı bizim eradan əvvələ aid küp qəbirlər aşkar edilmişdir.

Otuzikilər tayfa birliyi haqqında XVI-ci əsirdə yazılı mənbələrdə adı çəkilmişdir və Səfəvilər Dövlətində ən güclü və hörmətli tayfa birliyi olmuşdur. Azərbaycan ərazisində 2 rayonda Bərdə və İmişli rayonunda isə Otuzikilər və Otuziki adlı kənd var.Bu adda Türkiyə ərazisində də kənd vardır.

Kənddə Çinarlı, Tümənli, Saçlı, Çaylı, Carlı, Hacallı, Əfəndilər, Bor-borlar, Bozbalılar, Amanlar və Sadıxlılar kimi məhəllə və tayfalar olmuş və indidə vardır.

Kənd Otuzikilər adı ilə yanaşı həm də Xanqaraqoyunlu kəndi kimi də adlandırılmışdır. İnzibati cəhətdən bir çox kəndlər 1947-ci ilə kimi Xanqaraqoyunluya daxil idi. Bu kəndlər aşağıdakılardır.

  1. Otuzikilər
  2. Hacıəhmədli
  3. Vəliuşağı
  4. Bayramlı
  5. Kolayır
  6. Gülgəzli
  7. Sərkarlar
  8. Mollaəhmədli
  9. Mollaisalar
  10. Böyük Göyüşlü
  11. Bala Göyüşlü

1917-18-ci illərdə ərazidə kifayət qədər tanınmış Qurbanəli Xozeyin ilk dəfə olaraq Firənk Dəyirmanı tikdirərək istifadəyə vermişdir.

Əvvələr ərazidə dini təhsil mərkəzi olmasına baxmayaraq 1918-20-ci illərdə dünyavi elmlərin tədris olunması məqsədilə o vaxtkı dövr üçün Qurbanəlibəyin evində ilk təhsil ocağı fəaliyyətə başlamışdır.

1930-cu illərdə bolşeviklər tərəfindən kənddə eləcədə Qarabağ ərazisində kifayət qədər tanınmış Sartel Aslan və oğlu qətlə yetirilmişdir.Qurbanəli Xozeyin isə əvvəl İrana ondan sonra isə Türkiyəyə gedərək mühacir həyatı yaşamışdır və 1960-cı ildə vəfat etmişdir.Bundan başqa bəzi ailələlərdə represiyaya məruz qalmışdır. 1930-40-cı illərdə əraziyə ilk planlı yol çəkilmişdir. 1941-45-ci illərdə ərazinin silah tutan igid oğulları BVM-nə yollanmış az bir qismi isə geri doğmalarının yanına qayıtmışdır.

1940-cı ildə Poçt işi təşkil olunmuşdur. 1943-cü ildə 4- ilk məktəb binası tikilib istifadəyə verilmişdir. 1948-1950-ci illərdə ilk səhiyyə ocağı tikilmişdir.

1951-53-cü illərdə Azərbaycanın digər bölgələri kimi Bərdə rayonunun Otuzikilər kəndinədə Qədim Azərbaycan torpağı olan İrəvan mahalından (indiki Ermənistan ərazisindən) bir çox əhali zorla depotasiya olunmuş və məskunlaşdırılmışdır.

1953-cü ildə əraziyə ilk dəfə olaraq özüçıxan içməli su artizan quyusu qazılmışdır. 1959-60-cı illərdə əkin sahələrinin suvarılması üçün əraziyə ilk suvarma kanalı çəkilmişdir.

1963-65-ci illərdə Vəliuşağı kəndini sel yuyaraq ziyan vurmuş və kəndin yeri dəyişdirilmişdir. Həmin illərdə əraziyə elektirik təsərrüfatı qurularaq energinin verilməsinə başlanılmışdır.

1975-1978-ci illərdə o dövr üçün ən müasir məktəb binası tikilərək istifadəyə verilmişdir.

1988-1990 və 1991-1994-cü illərdə Milli Azadlıq Hərəkatının başlanması və ermənilərin əsrin əvvələrində olduğu kimi torpaq iddiası ilə bağlı ərazidə vətənpərvərlik ruhu daha da yüksəlmişdir. Ərazinin gəncləri, yaşlıları 1-ci Qarabağ müharibəsində aktiv iştirak etmiş və könüllü cəbhəyə yollanmışlar. Ərazidən 4-nəfər Şəhid olmuş, 2-nəfər itkin düşmüş, 8-nəfər isə əlil olmuşdur.

1997-2006-ci ildə ərazidə "Bilal" və "Seyidlər" məscidi tikilərək istifadəyə verilmişdir.

2009-2015 AzKİL-in dəstəyi və Otuzikilər İcması ilə ərazidə 10-dan çox bulaq , kəndarası yolların çınqıllanması əlavə məktəb otaqlarının tikilməsi və qəbirsanlığın kənarına dəmir setka çəkilmişdir.

01.01.2014-cü il tarixinə olan məlumat

  • Otuzikilər kəndi üzrə 2560 nəfər
  • Haciəhmədli kəndi üzrə 262 nəfər
  • Vəliuşağı kəndi üzrə 507 nəfər
  • Bayramlı kəndi üzrə 201 nəfər
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.