Marağa xanlığı — şərqdən Miyana, şimaldan Təbriz xanlığı, qərbdən Urmiya gölü, cənubdan Ərdalan xanlığı ilə həmsərhəd Azərbaycanın cənub xanlığı.
Xanlıq | |
Marağa xanlığı | |
---|---|
|
|
— 1925
|
|
Paytaxt | Marağa |
Ən böyük şəhər | Marağa |
Rəsmi dilləri |
Azərbaycan dili, fars dili |
Dövlət dini | İslam (Şiəlik) |
İdarəetmə forması | mütləq monarxiya |
Sülalə | Müqəddəm eli |
Xan | |
• | Əliqulu xan Müqəddəm |
• | Hacı Əliməhəmməd xan Müqəddəm |
• (1763–1797) | Əhməd xan Müqəddəm |
• 1797–1811 | Cəfərqulu xan Müqəddəm |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan tarixi |
---|
Etimologiya • Xronologiya • Etnogenez |
Azərbaycan portalı |
Marağa vilayəti I Şah Abbasın hakimiyyəti dövrundə Azərbaycanın məşhur ellərindən biri Cavanşir tayfasının Müqəddim adlı qoluna mənsub idi.[2] Həmin vilayətin ərazisi səfəvi dövlətinə hərtərəfli qulluq göstərən müqəddim Mir ağa xan Soltanın soyurqalına verilmişdir.[3] Bu dövrdən etibarən Mir Ağa xan Soltanın nəsli növbə ilə Marağa vilayətində hakim olmuşlar. XVIII əsrin 20-ci illərində (1724-cü ildən sonra) Azərbaycanın bir sıra vilayətləri, ocümlədən Marağa Osmanlı qoşunlarının işğalına məruz qaldığı bir dövrdə həmin yerlər osmanlı Teymur paşanın hökmranlığı[4] altında idi. Nadir Qulu xan Azərbaycana qoçun çəkdiyi ərəfədə baş Vəkil[qeyd 1] Həsən Əli olmaqla müqəddim tayfası üsyan qaldırıb Nadir şahın köməyi ilə Marağanı türklərdən azad etdi.
Nadir Qulu xan Marağaya gəldikdən sonra tayfa başçısı (iri feodal) Əbdürrəzaq Müqəddəmi vilayətə hakim (1730) təyin etdi.[5] Lakin az sonra o, Nadir Qulu xanın xəyanətindən ehtiyat edərək ailəsi ilə Bağdada qaçdl.[6] Marağa vilayətinin idarəsi Həsənəli bəy Vəkilə (1737) tapşırıldı.[7] Həsənəli bəy Vəkilin vəfatından (1744) sonra onun yerini Nadir şahın rəsmi fərmanı əsasında oğlu Əliqulu xan Müqədddim tutdu. Nadir şahın ölümündən sonra Əliqulu xan Müqəddim hər cür asılılığa son qoyaraq Marağanı müstəqil xanlıq, özünü də hakim elan etdi.
XVIII əsrin ortalarında zorakılıqla Nadir şahın hakimiyyəti altında birləşdirilmiş ölkələr iri feodallar tərəfindən idarə olunan ayrı-ayrı xanlıqlara (feodal dövlətlərinə) parçalandı.[qeyd 2] İran və ona daxil olan vilayətlərdə feodal pərakəndəliyi özünün yüksək zirvəsinə çatdı. Ara müharibələri və mərkəzi şah hakimiyyəti uğrunda gedən müharibələr bir-birinə qarışdı.
XVIII əsrin ikinci yarısında İran hakimiyyəti uğrunda gedən müharibələr paytaxtın 6 dəfə dəyişilməsinə və mərkəzi hakimiyyətin 14 dəfə biri digəri ilə düşmənçilik edən müxtəlif feodalların və sülalələrin əlinə keçməsinə səbəb oldu.[8] Bu dövrdə İran taxt-tacı uğrunda bir-birilə qarşıya duran iyirmiyə yaxın nüfuzlu sərkərdə mübarizə aparırdı.[9]
İranda belə vəziyyyətin davam etməsi, mərkəzi dövlət aparatının tamamilə dağılması ayrı-ayrı vilayətlərdə irsən iqtisadi və siyasi hakimlər olan yerli iri feodallara müstəqil hökmranlıq etmək imkanı verdi.[10]
Beləliklə tarixən əmələ gələn obyektiv şəraitlə əlaqədar olaraq İran, Gürcüstan, Əfqanıstan, Dağıstan və başqa yerlərdə olduğu kimi, Azərbaycanda da müstəqil dövlətlərdən ibarət yerli xanlıqlar yaranmış oldu.
Sıra | Xan | Hakimiyyət illəri | Haqqında |
---|---|---|---|
Marağa xanlığını təşkil edən mahallar aşağıdakılar idi:
Təkab [qeyd 4] mahalının ümumi inzibati mərkəzi mühüm ticarət və strateji əhəmiyyətli olan Tikantəpə kəndi idi. Burada dükanlar, həftəbazarı və hamam var idi.[qeyd 5]
Mahal onun qərb sərhəddindəki Cığatu çayının [qeyd 7] Sarıq qolu və burada mövcud olan çeşmələrin suyu ilə təmin edilirdi.
Sayınqaladan başqa yerlərə gedən yollar (Miyandab və Təkab yollarını istisna etməklə) yarasızdır. Nisbətən əlverişli olan Miyandab və Təkəb yolları da yağışlı və qarlı günlərdə keçilməz olurdu.
Mahalın cənub-qərbində Kirifli dağı uzanır. Orada bir sıra mağaralar vardır. Dağın müxtəlif yerlərində və mağaraların divarlarında çoxlu daşüstü təsvirlər və yazılar vardır.[qeyd 8]
Mahalın mərkəzi Kürdistana gedən yol üzərində yerləşən Sayınqala kəndi müəyyən strateji və hərbi əhəmiyyətə malik idi. Sayınqalada Böyük xan, Mirzəcan, Qırx ayaq və Şah Məhəmməd Novdanı adlı çeşmələr axırdı. Çox güman ki, kənddəmüdafiə əhəmiyyətli Sayın adlı qalanın olması ilə əlaqədar olaraq ona həmin ad verilmişdir.
Mahalın mərkəzindən əlavə, onun böyük kəndləri olan Qabanava və Zənciravada da həftəlik bazar təşkil edilirdi. Miyandabı başqa şəhər və mahallarla rahat karvan yolları birləşdirir. Mahalın mərkəzi Miyandab qəsəbəsi idi. [qeyd 10] Xanlığın başqa mahallarına nisbətən burada ipəkçilik daha artıq inkişaf etmişdir.
Marağa mahalı — Marağa mahalına Marağa şəhəri və mahala tabe olan kəndlər daxil idi.[12]
Cənubdan Kürdistan(Saqqız mahalı), şərqdən Miyana, şimaldan Təbriz xanlığı, qərbdən Urmiya gğlü və Kürdistanla (Sulduz mahalı ilə) həmsərhəddir. Onun havası Urmiya gölü ilə həmsərhəd olan yerlərdə nisbətən isti, dağlıq yerlərdə (Cənub və Şərq sahələrdə) isə mülayimdir.[13]
Xanlığın ərazisindən axan sofi, Zərrinə, Siminə (tas be sər), Ağ, Sərgünə və Qızılca adlı dağlardan alırdı. Marağanın torpağı münbit, bərəkətli və məhsuldardır.
Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdan ibarət idi.[14] Eyni zamanda burada bir sıra başqa dənli bitkilər, pambıq, bəzərək və s. bu kimi kənd təsərrüfatı məhsulları becərilirdi.[15] Marağada üzümçülük Azərbaycanın başqa vilayətlərinə nisbətən daha geniş yayılmışdı.[14] Maldarlıqla məşğul olan əhali vilayətin şərq və cənub sahələrində yaşayırdılar.
XVIII əsrin II yarısında əhalinin əsas peşələrindən biri də bağçılıq və bostançılıq idi. ayrı-ayrı xanlıqlarda külli miqdarda müxtəlif növlü meyvə və bostan məhsulu yetişdirilirdi.[16] bunların içərisində üzümcülük daha geniş yer tuturdu. Başqa xanlıqlara nisbətən Marağa, Urmiya və təbriz vilayətlərində daha bərəkətli və keyfiyyətli məhsul əldə edilirdi. Xanlıqların kənd təsərrüfatında pambıqçılıq və ipəkçilik də müəyyən yer tuturdu. Xanlıqlar dövründə pambıq, ipək istehsalı Marağa, Ərdəbil və Urmiya xanlıqlarında daha geniş yayılmışdı. Xanlıqlarda, xüsusi ilə təbriz, Marağa, Sərab və urmiyada geniş tut ağacları sahələri var idi, bu da həmin vilayətlərdə ipəkçiliyin inkişafına əlverişli şərait yaradırdı.[17]
Əvvəlki dğvrlərdə olduğu kimi, XVIII əsrin II yarısında da şəhər təsərrüfat həyatının əsas sahələrindən birini sənətkarlıq təşkil edirdi. Müstəqil xanlıqların meydana gəlməsi ölkənin iqtisadi həyatında cüzi dirçəlişə səbəb olsa da, feodal münasibətləri, natural təsərrüfat geridə qalmış kustar sənayenin inkişafına imkan vermirdi. Feodal münasibətlərinə xas olan xüsusiyyətlərlə əlaqədar olaraq bu dövrdə təsərrüfat, eləcə də sənətkarlıq müəyyən durğunluq xüsusiyyətlərinə malik idi.[18] Buna baxmayaraq, XVII əsrin ikinci və XVIII əsrin birinci yarısına nisbətən xanlıqlar dövründə sənət və sənətkarlıq sahələrində müəyyən yüksəliş hiss olunurdu. Sənətkarlar əsasən xanlıqların paytaxtları Təbriz,Ərdəbil, Urmiya,Xoy, Marağa,Əhər, Sərab kimi böyük şəhərlərdə,Xalxal,Səlmas,Mərənd, Dehxarqan, Nəmin və sairə ikinci dərəcəli şəhərlərdə, qismən mahal mərkəzlərində (qəsəbələrdə və böyük kəndlərdə) toplanmışdılar.
Xanlıqda dəmir,mis,daş kömür və mərmər daş mədənləri var idi. Marağanın 50 kilometrliyindəki Daşkəsən nahiyyəsindən çıxan mərmər daşları öz keyfiyyəti ilə bütün Azərbaycanda şöhrət qazanmışdır. burada həm də çoxlu miqdarda mədən suları vardır.
Toxuculuq — sənətkarlığın bu sahəsində birinci yeri ipək parçaların toxunması tuturdu. XVIII əsrin ikinci yarısında Təbriz, Marağa, Urmiya çəhərlərində müxtəlif növ və çeşidli ipək parçalar toxunurdu.[19] Azərbaycan xanlıqlarında xalçaçılığın geniş yayılması boyaqçılıq sənətinin daha da inkişaf etməsinə səbəb olmuşdur.[20] Onun müxtəlif şəhərlərində, o cümlədən Təbriz,Ərdəbil,Marağa,Urmiya,Xoy,Salmas və Sərab şəhərrlərində çoxlu boyaqçıxanalar fəaliyyət göstərirdi.[21]
Metal emalının əsas sahələrindən biri də dəmirçilik idi. Dəmirçilər balta,mişar, qıfıl, iynə, nal,bıçaq tiyələri, kənd təsərrüfatı alətləri, ev şeyləri və s. istehlak alət və vəsaitləri hazırlayırdılar.[22] Xanlıqlar dövründə gözəl ornamentlərlə bəzənmiş saxsı qablar, tikintilər üçün bişmiş kərpic və rəngarəng kaşıların istehsalı da geniş yer tuturdu.
XVIII əsrin ikinci yarısında ölkənin müxtəlif xanlıqlara bölünməsi, xanlar arasında gedən şiddətli rəqabət, feodal-ara müharibələri, kəskin sinfi ziddiyət və vaxtaşırı xarici hücumlar xanlıqlarda lazımi miqdarda silahlı dəstələrin saxlanılmasını və onların silahlandırılması zəruriyyətini meydana çıxardı. Məhz buna görə də, xanlıqlarda əslahələr hazırlayan çoxlu sənətkarlar, "Əsləhəsazlar" və onların fəaliyyət göstərdikləri müəssisələr, "cəbbaxanalar" meydana gəlmişdi.[23]
Cəbbaxanalarda əsasən soyuq (qılınc, nizə, xəncər, iri bıçaq), qismən atəş açan (zənburək, top, barıt, çaxmaqlı tüfəng) və baçqa silahlar istehsal edilirdi.[24]
Cəbbəxana,dabbaqxana və bu kimi emalatxanalar istisna edilməklə, sənətkar dükanları əsasən şəhər bazarlarında yerləşirdi. Gön hazırlama, dəri aşılama, bir sözlə dabbaqxana çoxlu su tələb etdiyi və ətrafa xoşagəlməz qoxu yayıldığı üçün belə sənətlə şəhər daxilində, bazarlarda məşğul olmaq olmazdı. Ümumiyyətlə xanlıqlar dövründə mövcud olan sənət sahələri əsasən aşağıdakılar idi:
Sənətkarların müəyyən hissəsi, xüsusi ilə nadir sənətkarlar bilavasitə xanlıqlara və onların aparatlarına mənsub idi. Bu kateqoriya sənətkarlara əsləhəsazlar, yüksək ixtisaslı tikinti ustaları (memarlar, bənnalar, həkkaklar və s.) daxil idi. Onlar xanın razılığı olmadan xanlıq ərazisini və emalatxananı tərk edə bilməzdilər.[25]
Şəhərlərin iqtisadi əsasını təşkil edən bazarlar ticarət və sənətkarlığın başlıca mərkəzləri hesab olunurdu. Onlar məscidlərlə yanaşı şəhərin izdihamlı ictimai yerlərində yerləşirdi. Ardı-arası kəsilməyən xarici hücumlar və təbii fəlakətlər bazarlara ağır zərbə endirsə də, ölkənin iqtisadi mərkəzi olduğu üçün yerli hakimlər tərəfindən bərpa edilib qaydaya salınırdı. Ərdəbil,Urmiya, Marağa şəhərləri Əhər,Sərab və Makuya nisbətən böyük olduğu və əlverişli ticarət yolları üzərində yerləşdiyi üçün qismən geniş bazarlara malik idilər.[26]
Bazarlar haqqında məlumat verən müəlliflər onların izdihamlı olduğunu xüsusi ilə qeyd edirlər. İ. P. Berezin bazarlardakı ümumi vəziyyəti belə təsvir edir:
Əhalinin çox əksəriyyəti səhərdən axşama qədər bazarlarda dolaşır. Varlı kişi və qadınlar bazarlara öz nökərləri ilə gəlirlər. Onların arxalarında və qabaqlarında gedən nökərlər qarşıya çıxan hər bir şeyi itələyib yol açmağa çalışırlar. Yüklü və yüksüz heyvanların dolaşmaları bazardakı hərəkəti daha da çətinləşir. Ümumi basabas,o yan bu yana qaçan hanbalların hay-küyü,dəmirçi,dülgər,misgər dükanlarından ucalan çəkic səsləri,at və eşşəklərin səs-küyü,yük daşıyanların "xəbərdar","xəbərdar" səsləri,itələnib kənarlarda yıxılmış yoxsulların iniltisi,dilənçilərin "ya Əli,ya Hüseyn" nalələri,piştaxta üzərində oturan tacirlərin pulsuz mal aparmaq istəyən dövlət məmurları ilə söyüşmələri,qəsidə oxuyan dərvişlərin səsləri və sairə ilk dəfə bazarı müşahidə edən avropalılarda unudulmaz bir xatirə yaradır.[27] |
Daxili ticarət(todansatış) pul və yaxud öhdəlik yolu ilə (nisyə) aparılırdı. Öhdəlik üzrə ticarət etibarlı və bir-birinə lazımi inamlı olan tacirlər arasında aparılırdı. bu kimi ticarət hüququ sənədlər əsasında aparılmalı idi. topdansatış işində isə tacirlər arasında yayılan müqavilənamənin forması satndart və biri digərinin eyni idi. Yeni-yeni müqavilələr bağlanarkən təkcə tacirlərin ticarət məhsullarının adları, verilməli mal, ödəniləsi pulun miqdarı və tarixi dəyişirdi.[28] Bağlanan müqavilələr ətrafında anlaşılmazlıq və mübahisələr baş verdiyi təqdirdə, bu münaqişələr üç adil şahidin ifadəsi əsasında həll edilirdi. i. N. Berezinin yazdığına görə, şahidlərin tərkibində qadınlarda da iştirak edə bilərdilər.
Azərbaycanın coğrafi mövqeyinə görə bir çox tranzit-ticarətyolları üzərində yerləşmiş və xarici ticarət üçün münasib şəraitə malik ölkə idi. Onun müxtəlif şəhərlərindən rusiyaya,Osmanlı dövlətinə, İrana, Gürcüstana, Kürdistana,İraqa və başqa ölkələrə əlverişli ticarət yolları gedirdi.
Eyni zamanda bir sıra tacirlər qonşu ölkələrin (Rusiya, Türkiyə, İranın) tranzit yollarından istifadə edərək, Azərbaycanla Avropa və daha uzaq ölkələr arasındakı ticarət əlaqələrini genişləndirirdilər. Bunun nəticəsində orta əsrlərdə, xüsusilə xanlıqlar dövründə Azərbaycanın müxtəlif vilayətlərində mövcud olan karvan yollarının bir çoxu ilin bahar, yay və pauız fəsillərində tacir karvanları ilə dolu olurdu.[29]
XVIII əsrin ikinci yarısında ictimai əmək bölgüsünün daha da mürəkkəbləşməsi, mal-pul tədavülünün artması, ayrı-ayrı vilayətlərdə müstəqil xanlıqların yaranması, nisbi əmin-amanlığın əmələ gəlməsi xarici ticarətin qismən dirçəlməsinə müsbət təsir göstərdi. Bu dövrdə bir xanlıqdan digərinə kənd təsərrüfatı, sənətkarlıq məhsulları, duz,Orta Asiya,Zaqafqaziya,Dağıstan, İran, Rusiyaya əlvan mərmər daşlar,taxıl, mal-qara, gön, dəri, yun,ipək,pambıq, quru meyvə, xalı,badam,istiot vəs. bu kimi şeylər ixrac edilirdi.
Xanlıqlar dövründə iqtisadi həyat feodal-natural əsasları üzərində qurulmuş olsa da, hakim siniflərin ehtiyacı üzündən onların kənd təsərrüfatı və sənətkarlıq məhsulları bəzən beynəlxalq ticarət meydanına çıxarılırdı. qeyd etmək lazımdır ki, xarici ticarətdə bütün xanlıqlar eyni səviyyədə iştirak etmirdi. Bu sahədə onların tutduğu coğrafi mövqe və istehsal etdikləri məhsulun xarakteri həlledici rol oynayırdı. Qaradağ,Sərab,Maku xanlıqlarının ticarətdəki fəaliyyətini Marağa, Xoy, Ərdəbil, Urmiya və Təbrizlə müqayisə etmək olmaz. Əslində müəyyən karvan yolları üzərində yerləşən axırıncı beş vilayət də bu cəhətdən bir-birindən fərqlənirdi.[30]
XVIII əsrin II yarısında Azərbaycanın xarici ticarəti sahəsində Rusiya başlıca yeri tuturdu.[31] Bunun səbəbi rus ticarət gəmilərinin Xəzər dənizində fəallığı, ticarət yollarında nisbətən əmin-amanlığın yaranması, rus mallarının keyfiyyətli olması, rus bazarının Azərbaycan məhsullarına olan ehtiyacı və tacirlərə münasibət idi. P. Q. Butkovun yazdığına görə, Rusiyadan gətirilən ticarət məhsulları lazımlı, keyfiyyətli və ucuz olduğu üçün yerli əhali, xüsusi ilə geniş və sadə kütlə onu çox sevinc və razılıq hissi ilə alırdı.
Azərbaycanda üzümçülüyün başlıca mərkəzi olan Marağa xanlığında istehsal edilən məhsulun üçcə bir hissəsi Rusiyaya, qalan hissəsi başqa qonşu ölkələrə ixrac edilirdi.[32]
Marağa şəhəri Sərhənd dağının cənub ətəklərində dəniz səthindən 1400 metr hündürlükdə yerləşir.[33] Onun havası mülayim və rütubətlidir. Şəhər Elxanilərin hakimiyyəti dövründə Azərbaycanın paytaxtı olmuşdur.[33] O, Hülakü xanın hakimiyyəti zamanı daha da çiçəklənmiş və abadlaşmışdır. Bu dövrdə Marağada bir sıra əhəmiyyətli binalar, o cümlədən uzunluğu 356 və eni 136 metr olan[34] məşhur rəsədxana (1274-cü ildə) tikilmişdir.[35]
Sofi, Mordli, Lilan çaylarının ayrılan qolları və bulaqlardan əmələ gələn çeşmələr Marağanı su ilə təmin edirdi. Suyun bolluğu mahalı geniş otlaqlar və yem ehtiyatı ilə zənginləşdirmişdir.[qeyd 16] Belə zəngin yem ehtiyatına malik olan şəhərin ətrafında möhkəm qala divarları və istehkamlar salınmışdı.[36] Şəhərin xanlıqlar dövründəki vəziyyəti barədə məlumat verən mənbələrin birində göstərilir ki, bu dövrdə Marağada ticarət əhəmiyyəti daçıyan zəngin üstüörtülü bazar olmuşdur.[37]
Müvafiq dövrdə şəhərdə yaşayan əhalinin sayı haqqında müxtəlif fikirlər mövcuddur. Onlardan Hacı Zeynalabdin Şirvani burada 6000[38] və "İranın ətraflı təsviri" əsərinin müəllifi 15000[37] adam yaşadığını xəbər verirlər. Başqa mənbələrin verdiyi məlumatı[39] və dövrün tarixi şəraitini nəzərə aldıqda, Hacı Zeynalabidinin irəli sürdüyü fikrin münasib olduğu aydın görünür.
Ola bilsin ki,"İranın ətraflı təsviri"nin müəllifi yalnız şəhərdə deyil, həm də onun ətraf kəndlərində yaşayan əhalini də nəzərə almışdır. Əslində bu dövrdə Marağanın özündə 6–8 mindən artıq əhali yaşaya bilməzdi. Əhalinin əsas məşğuliyyəti sənətkarlıq,ticarət,maldarlıq,əkinçilik,üzümçülük idi. Marağada üzümçülüyün geniş yayılması haqqında məlumat verən S. Korsun yazır:
Əhali arasında üzümçülük əsas yer tutduğu üçün bütün şəhər on verstlərlə uzanan üzüm bağları ilə əhatə olunmuşdur.[39] |
Marağada hazırlanan üzüm məmulatı (doşab, çaxır, sirkə, kişmiş, səbzə və başqaları) satış üçün qonşu vilayətlərə və xarici ölkələrə göndərilirdi. Badam bitkisinin yetişdirilməsi və ticarəti də burada geniş yayılmışdı.
Məlum olduğu kimi, xanlıqlar dövründə İranda Zəndlər, sonra Qacarlar sülaləsi hakimiyyət başına gəlmişdir. Obyektiv amillərlə əlaqədar olaraq, hər sülalə özünəməxsus daxili və xarici siyasətə malik idi. Daxili və beynəlxalq şəraitdə baş verən bütün dəyişikliklər öz əksini xanlıqların siyasi həyatında tapırdı. Onların arasındakı qüvvələrin nisbətinin dəyişməsi də məhz bununla əlaqədar idi.
Xanlıqların xarici əlaqələri arasında yadelli işğalçılara qarşı göstərilən inadlı müqavimət əsas yer tuturdu. Ayrı-ayrı xanlıqlarda yaşayan əhalinin apardığı qəhrəmanlıq mübarizələri Azərbaycan xalqının öz azadlıq və istiqlaliyyəti uğrunda apardığı ümumi tarixi mübarizənin ayrılmaz bir hissəsi idi. Həmin dövrdə İran işğalına qarşı gedən azadlıq müharibəsi Azərbaycanın mübarizə tarixində parlaq və şanlı səhifələr açmışdır.
Xarici əlaqələr sahəsində əsas məsələlərdən biri də xanlıqlar arasındakı ictimai, iqtisadi, mədəni və başqa siyasi münasibətlər idi. Müvafiq dövrün bütün mərhələlərində xanlıqlar arasındakı belə əlaqələr mövcud olsa da, bu, ardıcıl deyildi. Belə ki, tarixi hadisələrdən asılı olaraq bu münasibətlər tez-tez qırılır, zəifləyir, çox nadir hallarda qüvvətlənirdi. Xarixi hücumların güclənməsi, düşmən qüvvələrinin təzyiqi artdığı və qələbə ümidi azaldığı təqdirdə hökmdar xanlar öz mövqelərini saxlamaq xatirinə aralarındakı ittifaqı pozur, Azərbaycan xalqının ümumi mənafeyini öz şəxsi mənafeyinə qurban verir və düşmən tərəfinə keçirdilər. Məhz belə bir vəziyyət xanlıqların xarici hücumlar qarşısında zəifləməsinə və nəhayət asılı vəziyyətə düşməsinə səbəb olmuşdur.[40]
Xanlıqlarda saray çəkişmələri və feodal-ara müharibələri tez-tez baş verirdi. Lakin bu vəziyyət ölkənin hər tərəfində eyni səviyyədə deyildi. Azərbaycanın şimal xanlıqlarına nisbətən onun cənubunda feodal çəkişmələrinə az təsadüf olunurdu. Bu da ondan irəli gəlirdi ki, xanlıqlar arasında qüvvələrin nisbəti demək olar ki, eyni deyildi. Həmin dövrdə Fətəli xan Əfşarın fəaliyyətini istisna etsək, yalnız Sərablı Sadıq xan Şəqaqi bir neçə dəfə qəfildən Təbriz xanlığına əsaslı hücum etmişdir. Qalan toqquşmalat olduqca əhəmiyyətsiz və nəticəsiz idi.
XVIII əsrin II yarısında Azərbaycanın cənub vilayətlərindəki ümumi siyasi vəziyyəti xüsusiyyəti etibarilə iki hissəyə ayırmaq olar. Onlardan biri, Urmiya xanlığının qüvvətlənməsi (1747–1763), bir sıra xanlıqların ondan asılı vəziyyətə düşməsi, digəri isə Urmiya xanlığının zəifləməsindən sonra Xoy xanlığının inkiçaf etməsi (1763–1813) və onun cənub xanlıqları üzərində üstün mövqeyi ilə izah edilir.