Ağabala Novruzov

Novruzov Ağabala Əli oğlu (22 oktyabr 1932, Xızı rayonu, Qəriban kəndi – 20 sentyabr, 1993, Bakı) – Xanəndə, muğam bilicisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Zülfü Adıgözəlovun məktəbinin davamçısı idi. Gənc yaşlarından xalq şənliklərində xanəndə kimi yetişmişdi. Bir müddət Azdövlətkonsertin solisti olmuşdu. "Zabul-segah"ın və "Rast"ın gözəl ifaçılarından idi. İran İslam Respublikasında diski hazırlanıb.