Ağacvari şaqqıldaq

Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü.

Ağacvari şaqqıldaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır. Yumurtalığı çılpaq, bəzən tüklüdür. May-iyun aylarında çiçəkləyir. Paxlası şişkin, şəffaf, çoxtoxumlu olub, yaşılımtıl rəngdədir, avqust-sentyabrda yetişir, qışa kimi kol üzərində qalır. Toxumu yastı, dəyirmi, tünd qonur rəngdə, uzunluğu 4 mm, eni 3-4 mm-dir.

Şaxtaya, quraqlığa davamlı, işıqsevən, torpağa az tələbkar koldur. Cavan budaqları kövrək olduğundan güclü küləklərin təsirindən zədələnir. Şəhər şəraitinə davamlıdır.

Dərman bitkisidir, yarpağından hazırlanmış dəmləmə mədə-bağırsaq xəstəliklərində istifadə edilir. Dekorativ bitki kimi bağ və parklarda istifadəsi məqsədyönlüdür.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 723.