Ağadədə Ağayev

Ağadədə Zayid oğlu Ağayev (1912, Qasımlı, Lənkəran qəzası1990, Qasımlı, Masallı rayonu) — İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı.

Ağadədə Ağayev
Ağayev Ağadədə Zayid oğlu
Doğum tarixi
Doğum yeri Qasımlı kəndi
Lənkəran qəzası
Rusiya İmperiyası Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Qasımlı kəndi
Masallı rayonu
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Azərbaycan Azərbaycan SSR
Atası Nəcəfov Zayid Ağa oğlu (1884–1962)
Milliyyəti Azərbaycan türkü
Fəaliyyəti mühəndis
Mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "İgidliyə görə" medalı "Leninqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağayev Ağadədə Zayid oğlu 1912-ci ildə Lənkəran qəzasının Qasımlı kəndində anadan olmuşdur. Müharibədən əvvəl Mühəndis işləmişdir.

Müharibə dövrü[redaktə | mənbəni redaktə et]

Ağadədə Ağayev qeydiyyat kartı

1941-ci ildə Masallı rayon hərbi komissarlığı tərəfindən sovet ordu sıralarına çağırılıb. İkinci Dünya müharibəsində 314-cü atıcı diviziyanın tərkibində atıcı kimi 1943-cü ilin iyul ayından, qələbəyədək iştirak edib. 1945-ci ildə sol ayaq barmaqlarını itirərək 4 ay müalicə olunub. Müalicə aldıqdan sonra müharibəyə davam edib. "İgidliyə görə" (1946), "Leninqradın müdafiəsi uğrunda"(may 1943), "1941-1945-ci illər BVM-də Almaniya üzərində qələbəyə görə" (1946) medalları ilə mükafatlandırılıb. SSRİ Ali Soveti RH-nin 25 iyul 1945-ci il Fərmanına əsasən ordudan tərxis olunub.[1].

Müharibədən sonra[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra doğma kəndinə qayıtmış, təsərrüfatla məşğul olmağa başlamışdır. Əməkdə fərqləndiyinə görə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə mükafatlandırılmışdır. Masallı rayonu Əmək və müharibə veteranı təşkilatının üzvü olmuşdur. 1990-cı ildə Masallı rayonu, Qasımlı kəndində vəfat etmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Ağayev Ağadədə Leninqradın müdafiəsi uğrunda medalı ilə təltif olunması haqda sənəd

Əməkdə fərqləndiyinə görə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə mükafatlandırılmışdır. Eyni zamanda "Leninqradın müdafiəsinə görə" medalı, "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı və digər medallarla mükafatlandırılmışdır.[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "АГАДАДА АГАЕВ" (rus). [1]. 2019-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-02.
  2. "Медаль "За оборону Ленинграда"" (rus). [2]. 2019-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-02.