Ağadadaş Səmədov (10 mart 1924, Vilvan, Lənkəran rayonu – 26 avqust 2016) — İkinci Dünya müharibəsinin veteranı.
Ağadadaş Səmədov | |
---|---|
Doğum tarixi | 10 mart 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 26 avqust 2016 (92 yaşında) |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
1924-cü ilin mart ayının 10-da Lənkəran rayonunun Vilvan kəndində anadan olub. O, 1942-ci ildə Lənkəran Subtropik bitkiçilik texnikumunu bitirib. Elə həmin ilin oktyabırın 26-da müharibəyə yollanan Ağadadaş Səmədov 77-ci Azərbaycan diviziyasının 105-ci Taborunun tərkibində Mazdokdan Berlinə qədər döyüş yolu keçib. O, müharibədə böyük şücaət göstərib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Qəhərmanlığına görə 2 dəfə 3-cü və 2-ci dərəcəli Şöhrət ordenləri ilə təltif olunub. Lakin onun bu mükafatlandırma haqqında dəqiq məlumatı olmayıb. 1945-ci ilin dekabrında doğma kəndinə qayıdıb və 1980-cı ildə təqaüdə çıxana kimi orada aqronom işləyib. 13 övladı, 44 nəvəsi, 26 nəticəsi var.
1942-ci ildə Ukrayna ərazisində Dubno yaxınlığında rota geri çəkildikdən sonra o, əsas qüvvələr gələnə kimi müdafiəni təkbaşına saxlayıb. Buna görə də III Dərəcəli Şöhrət ordeni ilə təltif dilib. O, Vislo-Oder əməliyyatında və Berlinə hücumda iştirak edib. 6 iyun 1945-ci il əmrilə İkinci Dünya müharibəsində göstərdiyi şücaət və igidliyə görə A.Səmədov II Dərəcəli Şöhrət ordeni ilə təltif edilib.
Rusiya Prezidenti D.Medvedyev 2008-ci ilin iyulunda Azərbaycana rəsmi səfəri zamanı II və III dərəcəli "Şöhrət" ordenini A.Səmədova şəxsən təqdim edib.Bu mükafat veterana hələ müharibə vaxtı verilib. Lakin o, həlak olmuş sayıldığından ordeni ala bilməyib.
Ağadadaş Səmədov Rusiya prezidenti Dmitri Medvedyev tərəfindən 2009-cu ildə faşizm üzərində qələbənin 64-cü ildönümü münasibətilə Moskvada keçiriləcək tədbirdə iştirak etmək üçün dəvət almışdır. Rusiya prezidenti tərəfindən şəxsən dəvət edilən bəzi şəxslərdəndir və yeganə Azərbaycan vətəndaşıdır.
Rusiya prezidenti tərəfindən ona təqdim olunan "Şöhrət" ordenlərindən başqa, A.Səmədov I dərəcəli Vətən Müharibəsi ordeni, 10-dan çox medal və fəxri nişanlarla təltif edilib.