Ağakərim Şərifov

Ağakərim Şərifov (1 noyabr 1949, Lənkəran) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı. 05.11.2000–02.12.2005-ci illər ərzində Milli Məclisin İqtisadi Siyasi Daimi Komisiyasının üzvü olub. Hal-hazırda "Azərenerji" ASC "Enerjisisteminin İdarəetmə Vasitələri Şəbəkəsi" MMC director müavini vəzifəsində işləyir (12 fevral 2007-ci ildən). Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ağakərim Şərifov
Şəxsi məlumatlar
Doğum tarixi 1 noyabr 1949(1949-11-01) (75 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ağakərim Şərifov Şirəli oğlu 1 noyabr 1949-cu ildə Lənkəran şəhərində anadan olmuşdur.

1966-cı ildə Lənkəran 3 saylı orta məktəbi bitirib.

1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib, Avtomatik elektrik rabitə mühəndisi peşəsinə yiyələnmişdir. İlk əmək fəaliyyətinə 1 saylı Bakı Tikinti Trestinin, 8 tikinti idarəsindən başlayıb (1968–1969).

1971–1973-cü illər ərzində Rabitə Nazirliyi BTŞ-nın ATS-37 idarəsində baş elektro-mexanik vəzifəsində işləyib.

1973–1974-cü illərdə Almaniya Demokratik Respublikasında Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.

1974–1985-ci illər ərzində Lənkəran Rabitə Qovşağında mühəndis vəzifəsində işləmişdir.

1985–1993-cü illər ərzində Lənkəran Təcrübə Cihazqayırma zavodunda direktor vəzifəsində çalışmışdır.

1993–1995-ci illər ərzində Lənkəran şəhər Xalq Deputatları Sovetinin sədri kimi fəaliyyət göstərmişdir.

1995–2000-ci illər ərzində Lənkəran şəhər İcra Hakimiyyətinin Başçısının humanitar məsələlər üzürə müavini vəzifəsində çalışmışdır.

2007-ci ildən hal-hazırkı vaxta kimi "Azərenerji" ASC "Enerjisisteminin İdarəetmə Vastələri Şəbəkəsi" MMC director müavini vəzifəsində çalışır.

2000–2005-ci illər ərzində Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı olmuşdur[1] deputatı, Milli Məclisin İqtisadi Siyasi Daimi Komisiyasının üzvü olub.

Evlidir, 5 övladı, 10 nəvəsi var.