Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) (25 dekabr 1954, Dəvəçi - 5 mart 2008, Bakı) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996).[1]
Ağalar Mirzə | |
---|---|
Ağalar Həmzə oğlu Mirzəyev | |
Doğum tarixi | 14 fevral 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 5 mart 2008 (80 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Dəvəçi (indiki Şabran) şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada orta təhsil almışdır. Əmək fəaliyyətinə Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır (1971–1972). Sonra Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri olmuşdur (1972–1974). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1974–1979). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində ("Bulaq" verilişi üzrə) kiçik redaktor, redaktor (1980–1986), televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında redaktor, böyük redaktor, şöbə müdiri (1986–1994), ədəbi dram verilişləri Baş redaksiyasının baş redaktorunun müavini (1994–1999), xalq yaradıcılığı redaksiyasının baş redaktoru (1999–?) vəzifələrində çalışmışdır. O, şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olmuşdur.
Ağalar Mirzə bədii yaradıcılığa keçən əsrin 70-ci illərindən başlamışdır. Gənc şairlərin respublika ədəbi birliyinin fəal üzvü olmuşdur. Birliyin "Çinar pöhrələri", "Gənc istedadlar", "Qudyalçay nəğmələri" və s. almanaxlarında şeirləri çap olunmuşdur. Dövri mətbuatda vaxtaşırı çıxış etmişdir.
Elmi tədqiqatla da ardıcıl məşğul olmuşdur. "Xaltanlı Tağının yaradıcılıq yolu" mövzusunda dissertasiya müdafiə etmişdir (2002). Filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Ağalar Mirzə 5 mart 2008-ci ildə Bakıda vəfat edib.