Ağanəzər İsrayılov (tam adı: Ağanəzər Araz oğlu İsrayılov; 1 iyul 1960, Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Ağanəzər İsrayılov | |
---|---|
Ağanəzər Araz oğlu İsrayılov | |
Doğum tarixi | 1 iyul 1960 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (29 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Şamaxı "Yeddi Günbəz" qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Araz |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Milis leytenantı |
Ağanəzər İsrayılov 1960-cı il 1 iyul tarixində Şamaxı şəhərində anadan olmuşdur. Milis leytenantı idi.[2]
Subay idi.[3]
Qara Yanvar gecəsi üç polis əməkdaşı — kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytanant Ağanəzər İsrayılov iş başında aldıqları tapşırıq üzrə hərəkət edirdilər. Səhər saat 7:15 dəqiqədə maşın Tbilisi prospektindən İnqilab küçəsinə — "ximqorodok" kimi tanınan kimya şəhərciyinə dönən zaman hərbçilər tərəfindən arxadan atəşə tutulmuşdur. Güllə birinci Ağanəzərə dəymiş, Ağanəzər arxadan və boyun nahiyəsindən dəyən güllələrdən yerindəcə həlak olmuşdur. Daha sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanmışdır. Valeri 4 saatdan sonra xəstəxanada vəfat etmiş, Oqtay isə bir qolunu itirmişdir.
Şamaxıda yerləşən "Yeddi Günbəz" qəbiristanlığında dəfn edilmişdir.
Bakı, Sumqayıt şosesi, 10. (yataqxana)