Valeri Boqdanov (tam adı: Valeri Zakiroviç Boqdanov; 24 mart 1958, Kirovabad, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Valeri Boqdanov | |
---|---|
Valeri Zakiroviç Boqdanov | |
Doğum tarixi | 24 mart 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (31 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Gəncə şəhər qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Zakir |
Anası | Valentina |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Milis leytenantı |
1958-ci il martın 24-də Gəncə şəhərində anadan olmuşdur.[2]Gəncədə 18 saylı tam orta məktəbi bitirmiş, daha sonra isə Rostov Dəmiryol İnstitutunu bitirmişdir.[3] İnstitutu bitirdikdən sonra, bir müddət Gəncədə dəmiryolu sahəsində çalışmış, daha sonra Milli Təhlükəsizlik orqanlarında işə düzəlmişdir. Milis leytenantı idi.
Ailəli olmuş, qızı Valeriya atasının ölümündən sonra, 1990-cı ilin mart ayında anadan olmuşdur.[4]
Yanvarın 19-da səhər tezdən işə çağırılmışdır. Yanvarın 20-də səhər saat 5.30-da evə gələrək həyat yoldaşına bir azdan evə qayıdacağını, indi isə tapşırıq dalınca getdiklərini demişdir. Səhər saat 7:15 dəqiqədə kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytanant Ağanəzər İsrayılov olan maşın Tbilisi prospektindən İnqilab küçəsinə — "ximqorodok" kimi tanınan kimya şəhərciyinə dönən zaman hərbçilər tərəfindən arxadan atəşə tutulmuşdur. Güllə birinci Ağanəzərə dəymiş, Ağanəzər arxadan və boyun nahiyəsindən dəyən güllələrdən yerindəcə həlak olmuşdur. Daha sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanmışdır. Oqtay bir qolunu itirmiş, Valeri isə xəstəxanaya çatdırılmasına və üzərində əməliyyat aparılmasına baxmayaraq, sinəsindən aldığı güllə yaralarından 4 saatdan sonra xəstəxanada vəfat etmişdir.
Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir.
Bakı, B. Dadaşov küçəsi, ev 26, mənzil 5.