Ağarza Qafarov

Ağarza Nurməmməd oğlu Qafarov (23 yanvar 1920, Bakı5 may 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1963–1968).

Ağarza Qafarov
bayraq
Azərbaycan SSR ticarət naziri
bayraq2
12 avqust 1963 – 29 fevral 1968
ƏvvəlkiAğamirzə Əhmədov
SonrakıAğa Bəşirzadə
bayraq
Azərbaycan SSR neftçıxarma sənayesi nazirinin müavini
bayraq2
iyun 1968 –  
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (79 yaşında)
Partiya ÜİK(b)P (1946)

Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985

Ağarza Qafarov 1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.[1]

1939–1944-cü illərdə Sovet Ordusunda xidmət edən Ağarza Qafarov Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944–1949-cu illərdə rəhbər komsomol işində, 1949–1954-cü illərdə Azərbaycan SSR Ehtiyat Əmək Qüvvələri İdarəsi rəisinin müavini, Kinolaşdırma İdarəsinin rəisi işləmişdir. 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1959–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) işlər müdiri olmuşdur. 1963–1968-ci illərdə Azərbaycan SSR ticarət naziri, 1968-ci ilin iyunundan isə Azərbaycan SSR neftçıxarma sənayesi nazirinin müavini vəzifələrində çalışmışdır.[1]

Ağarza Qafarov 1955–1957-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi bürosunun üzvü, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1960–1963-cü illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1964-cü ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur.[2] 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.[1]

  1. 1 2 3 Гафаров Ағарза Нурмәммәдович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 91.
  2. Kafarov, Aga Rza Nurmamedovich // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 229.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]