Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yəhyayev Ağasəfa Qafur oğlu (8 sentyabr 1942, Qarabulaq (Xızı), Xızı rayonu) — şair, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Biliyinin üzvü (1990).
Ağasəfa | |
---|---|
Ağasəfa Qafur oğlu Yəhyayev | |
Doğum tarixi | |
Doğum yeri | Qarabulaq, Xızı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Maksim Qorki adına Ədəbiyyat İnstitutu |
Fəaliyyəti | şair, tərcüməçi |
Fəaliyyət illəri | 1957-indiyə kimi |
Əsərlərinin dili | azərbaycanca |
İlk əsəri | "Sazım" (şeir) |
Ağasəfa 1942-ci il sentyabrın 8-də Xızı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdır (1963–1971). Bakı parovoz deposunda fəhlə (1960–1962), geoloji kəşfiyyat idarəsində (1962–1965) qazmaçı köməkçisi işləmiş, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı (1965–1978), "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru (1978–1989), "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor (1989–1990), "Novruz" qəzeti redaksiyasında məsul katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991–1993) vəzifələrində işləmişdir. Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik etmişdir (1993–1994). Hazırda Vahid müstəqil televiziyasında böyük redaktor işləyir (1994-cü ildən).
Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Bədii tərcümə ilə də məşğul olur. L. N. Tolstoyun mənzum nağıllarını, N. Qribaçov, Q. Qulam, R. Babacan, İ. Selvinski, S. Vasilyev, B. Oleynik, A. Lupan, Q. Quliyev və b. görkəmli sənətkarların əsərlərindən nümunələr tərcümə etmişdir. "Ölkəm" (1980), "Azərbaycan" (1981), "Əsrin yolu" (1984) kitablarını tərtib etmişdir.