Ağasəlim Sahib oğlu Abdullayev (15 oktyabr 1950, Nardaran) — Azərbaycanın mahir tar ifaçısı, Azərbaycanın Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2019).
Ağasəlim Abdullayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Ağasəlim Sahib oğlu Abdullayev |
Doğum tarixi | 15 oktyabr 1950 (74 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Tarzən |
Janr | Muğam |
Musiqi aləti | tar |
Mükafatları |
Abdullayev Ağasəlim Sahib oğlu 15 oktyabr[1] 1950-ci ildə anadan olub.[2]
Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir.
Azərbaycan muğamlarını ən klassik, ən düzgün yol ilə ifa edən tarzən hesab olunur.
Süleyman Ələsgərovun "Daimi hərəkət" əsərinin tarda ilk ifaçısıdır.
Mahir tarzən Ağasəlim Abdullayev həm də mahir pedaqoqdur. Azərbaycan mədəniyyətini, musiqisini dünyanın dörd bir yanında təmsil edən, ən çox tanınan tarzənlər — Sahib Paşazadə, Şəhriyar İmanov, Bəhruz Zeynal və bir çox tarzənlər onun tələbələridir. Hazırda pedaqoji fəaliyyətini Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına musiqi kolleci və Bülbül adına orta-ixtisas musiqi məktəbində davam etdirir.
2007-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.
10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[3]
A. Abdullayevin 1959-cu il təvəllüdlü[4] həyat yoldaşı Brilyant Abdullayeva[5], oğlu Vüqar Abdullayev[5], nəvəsi 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev[4], gəlini 1984-cü il təvəllüdlü Səadət Abdullayevadır[2].
15 mart 2014-cü il gecə saatlarında Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir azyaşlı nəvəsi isə həlak olub. Qəza "Mercedes Gelandewagen" və Ağasəlim Abdullayevin oğluna məxsus "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində baş vermişdir[2].