Ağa Saleh Məmmədhüseyn oğlu Nuriyev (28 mart 1940, Bakı – 23 fevral 2023, Bakı) — Azərbaycan Respublikasının əməkdar rəssamı, respublika və beynəlxalq sərgilərin iştirakçısı.[1]
Ağasaleh Nuriyev | |
---|---|
Nuriyev Ağa Saleh Məmmədhüseyn oğlu | |
Doğum tarixi | 28 mart 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 2023 (82 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Mükafatları |
Nuriyev Ağa Saleh Məmmədhüseyn oğlu 28 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Ağa Saleh Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam 1977-ci ildən respublika və beynəlxalq sərgilərin iştirakçısı olub. Ağa Saleh Nuriyev 2006-cı ildə Azərbaycan Əməkdar rəssamı adına layiq görülmüşdür.[2]
Rəssamın yaradıcılığında vitrajlar xüsusi yer tutur. O, Azərbaycan Rəssamlar İttifaqında ("Flora və fauna", 1973), Səməd Vurğunun Ev-Muzeyində (1975) vitraj kompozisiyaları, AMEA Əlyazmalar İnstitutunda M. Füzuli və M. Ş. Vazehin vitraj portretləri, Bibiheybət məscidində vitrajların müəllifidir.
Dəzgah vitraj nümunələri arasında "Kristal struktur", "Ritmik kompozisiya I", "Bürkü", "Uçuş", "Metamorfoz", "Noktürn", "Müasir ritmlər", "Major kompozisiyası" və s. əl işləri xüsusilə maraq doğurur. Rəssam "Musiqiçilər" kompozisiyası ("İnşaatçılar" metro stansiyasının bədii tərtibatı) ilə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (1976) iştirak edərək medala layiq görülüb.
"Nurlu sənət dünyası" adlı sonuncu fərdi sərgisi 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilib.
23 fevral 2023-cü ildə vəfat edib.[3]