Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Ağasif Şakiroğlu (Ağasif Şakiroğlu; 30 sentyabr 1988, Bakı) — azərbaycanlı siyasətçi, Gələcək Azərbaycan Partiyasının sədri.
Ağasif Şakiroğlu | |
---|---|
Vəzifədədir | |
23 fevral 2014-cü ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 sentyabr 1988 (35 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hüquq |
2012-ci ildən Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi olan Şakiroğlu, 2014-cü ildən Azərbaycan Demokratik Gənclər Hərakatının təsiscisidir.[mənbə göstərin]
Ağasif Şakiroğlu 30 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə 276 saylı orta məktəbi bitirmişdir və bitirmiş və həmin il Müstəqil Azərbaycan Universitetinin (MAU) Beynəlxalq Münasibətlər fakültəsinə daxil olmuşdur. Ardınca, ali təhsilini Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Beynəlxalq Münasibətlər fakültəsində davam etdirmiş, lakin tamamlamamışdır. 2012-ci ildə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakultəsinin qiyabi bölməsinə qəbul olmuş, 2017-ci ildə ali təhsilini bitirmişdir.[mənbə göstərin]
2006-cı ildən ictimai-siyasi həyata qoşulan Ağasif Şakiroğlu bir qrup gənclə bərabər "Azərbaycan Demokratik Gənclər Hərəkatı" adlı qurum təsis edərək ictimai-siyasi fəaliyyətə başlamışdır. [mənbə göstərin] 2007-ci ilin sonlarında isə Müsavat Partiyasına qoşulub.[mənbə göstərin] 2008-ci ildə 7 fərqli gənclər hərəkatlarının birləşməsi nəticəsində yaradılmış HƏDƏF Gənclər Koalisiyasının sədri seçilmişdir. 2011-ci ilin dekabr ayının 19-da üzvü olduğu Müsavat Partiyasından istefa verərək, öz siyasi fəaliyyətini Azərbaycan Respublikasının eks-spikeri Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasında (ACP) davam etdirmişdir. 2012-ci ilin fevral ayının 13-ü eks-spiker Rəsul Quliyevin müşaviri təyin edilmişdir.2013-cü ilin yanvar ayının 12-də isə eks-spiker Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi olaraq çalışmaqdadır. 2013-cü ilin noyabr ayından eks-spiker Rəsul Quliyev ACP liderliyindən ayrıldığından və dekabr ayında ACP-nin bir partiya olaraq fəaliyyətinə xitam verildiyindən Ağasif Şakiroğlu da ACP-dən təmsil etdiyi Rəsul Quliyevlə bərabər ayrılmışdır.[1] 20 dekabr 2013-cü il tarixində yeni Gələcək Azərbaycan adlı siyasi partiya təsis edən Ağasif Şakiroğlu və tərəfdarları 23 fevral 2014-cü ildə ilk təsis qurultaylarını keçirtmişlər.Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayında eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu 5 il müddətinə Gələcək Azərbaycan Partiyasının sədri seçilmişdir.[2]