Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Gələcək Azərbaycan Partiyası və ya qısaca GAP — Azərbaycanın siyasi partiyalarından biri. 23 fevral 2014-cü ildə keçirilən təsis qurultayı ilə əsası qoyulmuşdur. 15 dekabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır.[2] 2014-cü ildən etibarən partiyanın sədri Ağasif Şakiroğludur.
Gələcək Azərbaycan Partiyası | |
---|---|
Sədri | Ağasif Şakiroğlu |
Quruluş tarixi | 23 fevral 2014 |
Qeydiyyat tarixi | 15 dekabr 2020 |
Sələfi | Açıq Cəmiyyət Partiyası |
İdeologiya | Liberalizm, milli-demokratiya |
Üzvlüyü | Azərbaycan Xalq Hərəkatı (2018) |
Gənclər təşkilatı | Gələcək Azərbaycan Partiyası Gənclər təşkilatı |
Üzv sayı | 5 788[1] (2023) |
Şüar | Gələcəyini düşünənlərin partiyası |
Milli Məclisdə |
0 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Saytı | gap.org.az |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Gələcək Azərbaycan Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur.[3]
20 dekabr 2013-cü ildə təsis konfransı keçirilib. 23 fevral 2014-cü il tarixində isə 1-ci təsis qurultayı keçirilib.[4] Və bununlada bir partiya olaraq siyasi fəaliyyətinə başlamışdır. GAP-ın ilk və hazır ki sədri Ağasif Şakiroğludur.
Partiya 2015-ci il parlament seçkilərində iştirak etmək istəsə də, tam qanunsuz olaraq seçkilərə buraxılmamışdır.[5] 2016-cı il referendum seçkilərini, həmçinin 2018-ci il aprel ayında keçirilmiş növbədənkənar prezident seçkilərini boykot etmiş və nəticələrini tanımamışdır.
Seçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2024 |