Aqil Nəzərli

Aqil Nəzərli (tam adı: Aqil Ağaxan oğlu Nəzərli; 10 mart 1976, Güləbird, Laçın rayonu) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (16 iyun 2016–indi).

Aqil Nəzərli
bayraq
Laçın rayon İcra Hakimiyyətinin Başçısı
bayraq2
Vəzifədədir
16 iyun 2016-cı ildən
ƏvvəlkiAkif Səlimov
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1976(1976-03-10) (47 yaş)
Doğum yeri
Partiya
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir.

1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir.

3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra etmiş,[1] 16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[2]

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Aqil Nəzərli Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı işçisi Ağaxan Nəzərovun oğludur. Ailəlidir, iki övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Göyçayda məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş keçirilib". 2016-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-16.
  2. "A.A.Nəzərlinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2016-cı il tarixli Sərəncamı". president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 16 iyun 2016, 16:20. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]