Ağbulaq (Sübhanverdi)

Ağbulaq - İrəvan xanlığının Aqin mahalında kənd adı.

Toponim[redaktə | mənbəni redaktə et]

Ağbulaq - İrəvan xanlığının Aqin mahalında kənd adı. Digər adı Sübhanverdi. 1886-cı ilə aid məlumata görə əhalisi azərbaycanlılardanermənilərdən ibarət idi. 1919-cu ildə azərbaycanlılar qovulmuşdur. 1947-ci kənd ermənicə Lyusaxpur adlandırılmışdır. XIX əsrdə Qafqazda mövcud olmuş 24 Ağbulaq toponimindən biridir. Sübhanverdilər adlı oymağın Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.

Ağbulaq Azərbaycan dilində ağ içməli su, axan su, yağış və qar sularından qidalanan subulaq sözlərindən ibarətdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. “Azərbaycan onomastikası problemlərinə dair”. Bakı, 1986. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.