Ağciyər venaları lat. Venae pulmonales iki cüt ağciyər venalarının dəlikləri (lat. ostia venarum pulmonalis) vasitəsilə sol qulaqcığa açılır. Kiçik qan-dövranına aid venalar olub ağciyərlərdən başlanğıcını götürərək, arteriyal qanı sol qulaqcığa daşıyır. Ağciyərlərin kütləsində olan kiçik venalar bir-birilə birləşərək ağciyərlərin qapılarında iki cüt ağciyər venalarını: sağ ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior dextra və sol ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior sinistra əmələ gətirirlər. Bunların qapaqları yoxdur.
Ağciyər venaları | ||
---|---|---|
Alveolun qurluş vahidi: alveola, alveol kisəciyi, bronxiola, ağciyər arteriya və venası | ||
Latınca | Venae pulmonales | |
Qrey | subyekt 165 642 | |
Mənbəyi | Ağciyərlər | |
Açılır | Sol qulaqcığa | |
Arteriya | Ağciyər arteriyası | |
Embrional | Arterial kötük - lat. Truncus arteriosus | |
MeSH | Pulmonary+Veins | |
Sağ ağciyər venaları sol tərəfdəkindən uzundurlar, ağciyər arteriyasının altı ilə və yuxarı boş venanın, sağ qulaqcığın və qalxan aortanın dalı ilə sağa doğru gedərək, ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılır.
Sol ağciyər venaları ağciyər qapısından çıxaraq enən aortanın qabağı ilə sağa doğru gedirlər və ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılırlar. Ağciyər qapılarından çıxdıqdan sonra lat. vv. pulmonales bronx venalarının lat. vv. broncheales (vv. broncheales anteriores - BNA) bir qismini qəbul edirlər.