Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) — tənəffüsün çətinləşməsi və təngənəfəsliklə müşayiət olunan həyat üçün təhlükə yaradan tam müalicə olumayan ağciyər xəstəliyi.
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi | |
---|---|
XBT-10 | J44 |
XBT-10-KM | J44.9 |
XBT-9 | 490, 492, 494, 496 |
XBT-9-KM | 496[1], 490-496.99[1] |
OMIM | 606963 |
DiseasesDB | 2672 |
MedlinePlus | 000091 |
MeSH | D029424 |
Vikianbarda əlaqəli mediafayllar |
AXOX-un açıqlanması aşağıdakı kimidir:
2012-ci ildə ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) dünyada 3 milyondan çox insan vəfat etmişdir ki, bu da həmin ildə bütün dünyada olan ölüm hallarının 6 %-ni təşkil edir.
AXOX-dan ölüm hallarının 90%-i zəif və orta inkişaf etmiş ölkələrin payına düşür, çünki bu ölkələrdə AXOX–a qarşı effektiv profilaktika və mübarizə tədbirləri ya çox zəif aparılır, ya da heç aparılmır.
AXOX–un əsas səbəbi tütün tüstüsüdür (tütünçəkmə və ya onun tüstüsü ilə nəfəs alma nəticəsində yaranır).
Hal–hazırda inkişaf etmiş ölkələrdə qadınlar arasında tütünçəkmənin və zəif inkişaf etmiş ölkələrdə qapalı yerlərdə çirklənmiş hava ilə nəfəs alma riskinin (yeməklərin hazırlanmasında və istilik məqsədilə qatı yanacaqdan istifadənin nəticəsində) artması hesabına kişi və qadınların bu xəstəliyə tutulma göstəricisi demək olar ki, eynidir.
AXOX bir sıra səbəblər üzündən baş verə bilər, lakin siqaret çəkmə bu səbəblərin arasında ən tez-tez rast gəlinənidir. AXOX-un yaranmasına, həmçinin ətraf mühit faktorları səbəb ola bilər. Məsələn, iş yerində müəyyən tozların, kimyəvi maddələrin təsirinə məruz qalma, havanın çirklənməsi xəstəliyin yaranmasında rol oynaya bilər. Bu xəstəlik bütün siqaret çəkən şəxslərdə yaranmır və eyni zamanda elə hallar olur ki, xəstəlik siqaret çəkməyən insanlarda da baş verir. Bu vəziyyətlərin səbəbləri hələ də aydınlaşdırılmamışdır. İrsi faktorun da AXOX-un yaranmasında müəyyən rolu vardır.
İnhalyasion təsirlər:
Risk faktorlarının təsirinin azaldılması:
Tütünçəkmə
Tütündən asılılıq xronik xəstəlik kimi qəbul edilir
İnsanların əksəriyyətində tütün asılılığı opiat və kokain asılılığı ilə müqayisə olunan əsil narkotik asılılığa gətirib çıxarır.
Tütün asılılığı demək olar ki, bütün hallarda xroniki pozulma olub, bütün asılılıq patologiyaları kimi, uzun müddətli tibbi müdaxilə tələb edir.
Tütün asılılığı şəkərli diabet, arterial hipertenziya və hiperlipidemiya kimi vəziyyətlərlə müqayisə olunan bir haldır və belə pasiyentlərin məsləhətə, dəstəklənməyə və müvafiq farmakoterapiyaya ehtiyacı vardır.
Residivlər tez-tez baş verir. Bu hal tütün asılılığının xüsusiyyəti ilə əlaqədardır və həkim və ya pasiyentin uğursuzluğu ilə əlaqəli deyil.
Tütünəkmənin dayandırılması AXOX-un müalicəsində ilk və mütləq addımdır.
Peşə faktorları:
Peşə faktorlarının təsiri nəticəsində əmələ gəlmiş bir çox respirator xəstəliklərin inkişaf etməsini, inhalyasiya olunan hissəciklərin və ya qazların törətdiyi zərərin qarşısının alınmasına yönəldilmiş tədbirlər vasitəsilə azaltmaq və ya nəzarət altında saxlamaq olar. Aşağıdakıdakı peşə sahələrində çalışan insanlarda AXOX yaranma riski artmış olur:
Taxılçılıq – taxıl unları, üzvi və qeyri–üzvi tozlar.
Heyvandarlıq — orqanik tozlar, ammonyak, hidrogen sulfid.
Müxləlif tozların təsirinə məruz qalma — kömür mədənçiliyi, sərt daş mədənçiliyi, tunel qazma, dəmir – beton işləri, inşaat işləri, qızıl mədənçiliyi, dəmir və polad istehsalı, kərpic istehsalı.
Kimyəvi maddələrin təsirinə məruz qalma – plastik, tekstil, rezin sənayesi, dəri istehsalı, qida istehsalı.
Çirkləndiricilərin təsirinə məruz qalma – yük maşını və avtomobil daşıyan maşınların sürücülüyü, avtomobil istehsalı və təmiri.
Peşə faktorları ilə törənən AXOX-u inhalyasiya olunan hissəciklər və ya qazların zərərli təsirini azaltmağa yönəldilmiş tədbirləri həyata keçirməklə azaltmaq və ya nəzarətdə saxlamaq olar.
Havanın çirklənməsi (ev və ətraf mühitdə)
Havanın çirklənmə riskinin azaldılması üçün həm cəmiyyət, həm də ayrı-ayrı fərdlər tərəfindən qoruyucu tədbirlərin aparılması vacibdir.
Xəstəliyin inkişafından asılı olaraq piləkəni çıxa bilmək və ya çamadanı daşımaq kimi gündəlik fiziki aktivliklərdə nəzərəçarpan çətinliklər yarana bilir.
Diaqnozu təsdiqləmək üçün spirometriya adlanan tənəffüs testi aparılmalıdır. Spirometriya hava axını sürətinin məhdudlaşmasının ölçülməsidir. Bu test vasitəsilə tənəffüs yollarının keçiriciliyi yoxlanılır.[2]
Siqaret çəkən şəxslərdə müalicənin birinci və ən vacib addımı siqaret çəkməyin dayandırılmasıdır. Dərman preparatları adətən bronxların genişlənməsi (bronxodilatatorlar qrupu), tənəffüs yollarının şişkinliyinin azaldılması (steroidlər kimi iltihab əleyhinə dərman vasitələri) və / və ya infeksiyaların müalicəsi (antibiotiklər) üçün istifadə olunur.
AXOX zamanı qanda oksigenin səviyyəsi aşağı düşür. Belə olduqda, əlavə olaraq oksigenlə terapiya təyin edilir.
Xəstəliyi nəzarət altında saxlamaq üçün dərmanları mütəmadi olaraq hər gün qəbul etmək lazımdır, bu, adətən ömür boyu davam edir.
Bəzi hallarda ağciyərlər üzərində cərrahi əməliyyat da aparıla bilər. Ağciyərlərin reabilitasiyası proqramları da həyata keçirilə bilər. Bu proqramlar vasitəsilə tənəffüs çətinləşməsi olan bütün xəstələrin maarifləndirilməsi aparılır və onlar mütəxəssis nəzarəti altında fiziki hərəkətlər yerinə yetirirlər. Xronik sözünün mənası prosesin ömür boyu davam etməsini göstərir. Əlamətlərin vaxtaşırı yaxşılaşmasına baxmayaraq, ağciyərlərdə proses davam edir. Siqaret çəkməyin dayandırılması, dərmanların mütəmadi qəbul olunması və reabilitasiya proqramları əlamətlərin yüngülləşməsinə qulluq edir. Baxmayaraq ki, təngnəfəslik və yorğunluq hissi tamamilə keçib getmir, pasiyentlər vəziyyətlərini nəzarət altında saxlaya və məhsuldar həyat yaşaya bilirlər.