Ağgöl[1][2][3] (Ак-Гёль[4]; qum. Ak-köӀ )— Rusiyada, Dağıstan Respublikasında göl. Göl Mahaçqala şəhərində, Xəzər dənizi sahilində yerləşir. Göl həm də Böyük Turalin adı ilə də tanınır. Ağgöldən bir az aralı Kişik Turalin gölü var.[5]Göl haqqında ilk məlumatlar XVIII əsrə aiddir.
Ağgöl | |
---|---|
qum. Ak-köӀ | |
Ümumi məlumatlar | |
Tipi | laqun |
Mütləq hündürlüyü | -16 m |
Sahəsi | 1,8 km² |
Dərin yeri | 4 m |
Yerləşməsi | |
42°57′38″ şm. e. 47°32′29″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
Göl şəhərin cənub-şərqində, "Reduktornı qəsəbəsində", Xəzər dənizi sahilindən 1 km aralıda yerləşir.
Ağgöl laqun mənşəli olub dairəvi-kvadrat formasındadır. Maksimal dərinliyi 4 metrdir. Xəzər dənizindən ayrılan qum tirəsinin yuyulması nəticəsində formalaşmış. 1899-cü ildə Həştərxandan olan balıqçılıq üzrə mütəxəssis Vorobyev Ağgöldə balıq yetişdirməyi planlaşdırmış və ərazini 100 illik kirayəyə götürmüş. Ancaq bu plan sonda uğursuzluqla nəticələnmiş.
XX əsrin ortalarında Xəzər dənizinin səviyyəsinin düşməsi ilə əlaqədar gölün suyu qurumuş. Sonralar "Oktyabr İnqilabı" kanalı vasitəsi ilə gölün suyu yenidən bərpa edilmiş.[6]
Ağgölün qərb hissəsi, 12 hektarlıq sahə yarım dairəvi bənd ilə əsas hissədən ayrılmış. Əsas akvatoriyanın sahəsi isə 1,028 km²-dir(2013). Göl əsasən qrunt suları ilə qidalanır (80 %). Qismən isə atmosfer yağıntıları qidalanmada rol oynayır (20 %).
XX əsrin ortalarında su hövzəsindən balıqçılıq təsərrüfatı üçün istifadə olunurdu. Göl bio kütləsinin 67 %-ni şirin su molyuskaları təşkil edir. Ağgöldə 48 mikroskopik yosun növü aşkar edilmişdir. Su hövzəsindən həmçinin çəki və karp balıqlarının yetişdirilməsi üçün istifadə olunmuş.
Ağgöl akvatoriyası güclü antropogen təsirə məruz qalır. Sahil boyu hündür mərtəbəli binaların tikintisi, sahil ərazilərinin quruması və tikinti materyalları tullantıları ilə suyun böyük ölçüdə çirklədilməsi ən böyük problemlərdən biridir[7]. Suyun analizi nəticəsində məlum olmuşdur ki, azot və fosfat birləşmələrinin səviyyəsi artmışdır. [8]
Ağgölün hidroqrafiyasını və əsas problemlərini Rusiya Elmlər Akademiyasının Dağıstan Federal Araşmırmalar Mərkəzi öyrənir.
Ağgölün şimal sahilində eyni adlı «Ağ-Göl» parkı yerləşir. Park ərazisində böyük "Rus müəlliməsi" abidəsi ucalır. Heykəlin yerləşdiyi meydanın aşağısında isə Mahaçqala Tarixi Muzeyi fəaliyyət göstərir.[9]