Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Babil söyüdü | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Babil söyüdü |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Vətəni İran və Çindir.
Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür. Yumurtalığı oturaq və çılpaqdır. Erkəkcikli çiçəklərdə çiçək ballığı 2, dişicikli çiçəklərdə 1-dir.
Küləyə, istiyə davamlıdır, yazda tez yarpaqlayır. Göllərin, yolların, kənarlarında bitir.
Abşeronda, Lənkəranda, Kür-Araz və Samur-Dəvəçi ovalıqlarında rast gəlinir.
Bəzi yerlərində dekorativ ağac kimi becərilir. Göllərin, yolların, kanalların kənarlarında хüsusən yaraşıqlı görünür.