Ağsu döyüşü — 717-ci ildə,[6][7] Əməvilər xilafəti, onların müttəfiqləri olan Türgiş xaqanlığı[4] və Tibet imperiyası ilə Tan Çini arasında baş vermiş döyüş. Türgişlərin köməyi ilə irəliləyən ərəblər həmin il Sincan regionunda yerləşən Ağsu və Üçturfan şəhərlərini mühasirəyə alır. Regiondakı protektoratlarından kömək olan tan qoşunları ərəb qüvvələrinə hücum edir və onları regiondan qovur.
Ağsu döyüşü | |||
---|---|---|---|
Ərəblərin Mavəraünnəhrə yürüşü | |||
| |||
Tarix | 717 | ||
Yeri | Ağsu və Üçturfan şəhərləri (indiki Sincan regionu, ÇXR) | ||
Nəticəsi | Tan Çininin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Döyüş Sincan regionunda, Çin–Qırğızıstan sərhədi yaxınlıqlarında baş vermişdir.[4]
717-ci ildə Əməvilər xilafəti öndərliyindəki ərəblər türgiş və tibetli müttəfiqləri ilə Ağsu regionundakı Çin tərəfindən qorunan iki şəhəri mühasirəyə alır. Çinin Mərkəzi Asiyadakı qüvvələrinə öndərlik edən Tan Tszyaxuey ərəblərə qarşı iki ordu göndərir ki, onlardan birinə özü, karluk atlılarından ibarət digərlərinə isə Aşina Sin rəhbərlik edirdi.[4] Döyüşdə ərəblər ağır şəkildə məğlub edilir və regiondan çəkilməli olur. Ərəblərin çoxu əsir götürülür, lakin xilafət onların azad buraxılması üçün xərac ödəyir.
Döyüşün nəticəsində ərəblər Mavəraünnəhrin şimalından dəf edilir. Türgişlər Tan sülaləsindən asılı vəziyyətdə qalır və axırda, Fərqanə vadisindəki ərəblərə hücum edir.[8]
aksu 717.