Aşıq Əli İmamquliyev

Aşıq Əli (d. 1927, Göyçə, Zərzibilö. 1990, Naftalan) — Göyçəli ustad aşıq.

Aşıq Əli
İmamquluyev Əli Əşrəf oğlu (İman Əlisi)
Digər adı İman Əlisi
Doğum tarixi
Doğum yeri Göyçə mahalı, Basarkeçər, Zərkənd
Vəfat tarixi
Vəfat yeri Naftalan
Dəfn yeri Naftalan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aşıqlıq

İmamquluyev Əli Əşrəf oğlu 1927-ci ildə Göyçə mahalının Zərzibil (indiki Zərkənd) kəndində dünyaya gəlib. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin nəvəsidir. Növrəs İmanın bacısı oğludur. El arasında Aşıq Əlini İman Əlisi adlandırırdılar.

Kiçik yaşlarından saza-sözə maraq göstərən Aşıq Əli uzun illər Aşıq TalıbAşıq Nəcəfin yanında şəyirdlik etmiş, bu sənətin sirlərini dərindən mənimsəmiş və el arasında kamil bir aşıq kimi tanınmışdır. O da öz növbəsində bir çoxlarına ustad olmuş, saz sənətinin incəliklərini onlara öyrətmişdir. Təkcə onu demək kifayətdir ki, sazın füsunkar sədaları ilə bülbülü dilə gətirən Aşıq Ədalət Nəsibov Aşıq Əlinin şəyirdidir.

O sonralar 1942-ci ildən Goranboy rayonunun Qızılhacılı kəndinə gəlmiş, oradan da Naftalan şəhərinə getmiş, orada binə bərkitmişdir.

Aşıq Əli 1990-cı il aprelin 23-də Naftalan şəhərində vəfat etmişdir.