Zərzibil

Zərkənd kəndiBasarkeçər rayonunda kənd.[2]

Kənd
Zərkənd
40°12′ şm. e. 45°54′ ş. u.
Ölkə  Ermənistan
Region Geğarkunik mərzi
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.100 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 193 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Zərkənd xəritədə
Zərkənd
Zərkənd
Zərkənd xəritədə
Zərkənd
Zərkənd

Kəndin yaranma tarixi XV əsrin sonuna (1480), XVI əsrin əvvəlinə (1510) təsadüf edir. Deyilənlərə görə kəndin ətrafı böyük meşəlik olmuşdur. 120–130 il yaşamış kənd sakinləri Məşədi Allahverdi və Cəfərqulu babaların söylədiklərinə görə, Kərbəlayı Məhəmməd kişinin evi həmin meşədən kəsilən ağaclardan tikilmiş və bizim vaxtımıza qədər gəlib çıxmışdır.

Kəndin ilk adı 1890–1892-ci illərə qədər Qamışlı bulağın adı ilə bağlıdır.

Kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirdi ki, zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə yayılır. Hadisə ilə əlaqədar kəndin adı Qamışlı bulaqla bərabər Zərzibil adlandırılmağa başladı. Kəndin ikinci adı 1890–1892-ci illərdən 1935-ci ilin yanvarın 3-nə qədər Zərzibil olmuşdur. Kəndin üçüncü adı olan Zərkənd sözünün mənası "Zər" "Qızıl" "Kənd" isə "Oba" və yaxudda "El" mənasını bildirir. 1935-ci ilin yanvarın 3-dən 1988-ci ilin dekabrına qədər Zərkənd olmuşdur. Zərzibil kəndinin 15 kv km-dən çox olan ərazisi bərəkətli yer olmuşdur. Kəndin tarixi çox qədimi vaxtlara gedib çıxır. Qazax mahalından və İrəvan quberniyasının Uluxanlı bölgəsindən köçən kənd sakinləri ərazinin əlverişli olduğunu görərək bu yeri özləri üçün daimi yaşayış yeri seçmişlər.

Zərzibil İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 15 km şərqdə, Məzrə çayının yaxınlığında yerləşir. Basarkeçər kəndindən (indiki Vardenis şəhəri) 15 km şimal-şərqdəki oğuz kurqanlarının qalıqları onun qədim tarixi barədə mülahizələrə tam mənada əsas verir. Zərkənd kəndinin adı Qafqazın beşverstlik xəritəsinə də düşüb.

İrəvan quberniyasının Novobayazid qəzasında kənd. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı kimi qeyd olunmuşdur.

Kənddə kolxoz quruluşu təxminən otuz il davam etmiş, bu illərdə Aşıq Aslan (Zərkənd kəndi), Həmid (Zərkənd kəndi), Əmralı (Zərkənd kəndi), Murad (Qoşabulaq kəndi) və Cəmşid Hənifəyev kimi adamlar kolxoz sədri olmuşlar.[3]

Kəndin 3000 hektardan çox torpağı olmuş, ondan 640 hektarı əkənək, 580 biçənək, 1800 hektarı isə dağ ərazisi və kənd ətrafı sahələrdir. Kəndin ərazisi adları Türk toponimlərindən ibarət çox mənzərəli və gəzməli yurd yerləri vardır. Onlardan Qamışlı bulaq, Qarabulaq, Soyuqbulaq, İstibulaq və s. Kəndin dağlarından durub Göyçə düzünə baxanda adama elə gəlir dünyanın ən gözəl yeri buradır. Zərzibilin bir tərəfi Dədə Ələsgərin kəndi Ağkilsə ilə, ayağı Göyçənin dillər əzbəri, Ələsgər dədənin tərifi ilə zinnətlənən, ərəbi, farsı, rusu, türkü, əcəmi və başqa dilləri təmiz danışan Mirzə Bəyləri, Abdullanı, Əbülfəti və Tapdığı dünyaya yetirən Zod kəndi ilə, arxası isə qoca Böyük Güneyə söykənmiş üst tərəfdən bir üzü Zərzibil kəndi, o biri üzü əzəli Azərbaycan torpağı olan Kəlbəcər mahalı ilə birləşən səfalı dağ zirvələri ilə həmsərhəddir.

Kənddə 1831-ci ildə 202 nəfər, 1873-cü ildə 462 nəfər, 1886-cı ildə 653 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 963 nəfər, 1914-cü ildə 1005 nəfər, 1916-cı ildə 968 nəfər azərbaycanlı yaşamışdır.

1918–1920-ci illərdə baş verən erməni vəhşəti Zərkəndə də təsir etmiş, əhali yerindən oynamağa məcbur olmuş, bununla bağlı əhalinin sayı azalmışdır. 1922-ci ildə 581 nəfər, 1926-cı ildə 631 nəfər, 1931-ci ildə 808 nəfər, 1988-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. Kənd rayon mərkəzi Basarkeçərdən 17 km məsafədə yerləşir.

3 yanvar 1935-ci ildə kəndin adı Zərkənd, 19 aprel 1991-ci ildə isə kəndin adı Kut qoyulmuşdur.

1988-ci ilin soyqırımında kənddən həlak olanlar. Allahverdiyev Şəmsəddin İman oğlu (1937), Babayev Nəriman Şahməmməd oğlu (1936), Ismayılova Fəxrəndə Mehralı qızı (1978), İsaqov Qədim Səməd oğlu (1932), Qocayev Teymur Ələsgər oğlu (1930)

İl Sayı
1831 211 [4]
1873 462 [5]
1897 754 [4]
İl Sayı
1926 654 [4]
1939 803 [4]
1959 770 [4]
İl Sayı
1970 1.202 [4]
1979 1.533 [4]
1989 94 [4]
İl Sayı
2001 226 [4]
2011 193 [1]

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

1905–1907-ci illərdəki I qaçınlıq zamanı kənd əhalisi doğma yurdlarından tamamilə çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Goranboy rayonunun Goran, Qızılhacılı, Xanqərvənd və başqa kəndlərində məskunlaşmışdır. Əhali 1907-ci ilin yazında yenidən doğma kəndinə qayıtmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 60–70 evi, 250–300 nəfərə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından tamamilə çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Goranboy, Kəlbəcər, Gədəbəy, Gəncə, Samux, Daşkəsən və başqa yerlərdə məskunlaşmışdır. Əhali 1921-ci ilin yazında yenidən doğma kəndinə qayıtmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 70–80 evi, 350–400 nəfərə yaxın əhalisi olmuşdur.

1948–1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından tamamilə çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Goranboy,((Kəlbəcər, Gədəbəy)), Gəncə, Samux, Daşkəsən və başqa kəndlərdə məskunlaşmışdır. Əhali 1955–1956-cı illərə qədər yenidən doğma kəndinə qayıtmış, az bir hissəsi isə məskunlaşdıqları ərazilərdə qalmışdır. Qaçqınlıq zamanı kəndin 100–120 evi, 550–600 nəfərə yaxın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından tamamilə çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Bakı, Sumqayıt, Abşeron, Goranboy, Kəlbəcər, Gədəbəy, Gəncə, Samux, Daşkəsən və başqa yerlərdə yaşayırlar. Qaçqınlıq zamanı kəndin 200–220 evi, 1000–1500 nəfərə yaxın əhalisi olmuşdr.

  1. 1 2 Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Ocaqquliyev, Həsən. Yadda qalan xatirələr (PDF) (az.). Bakı: "Elm və təhsil". 2016. 2017-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-08.
  3. Tacir Səmimi, Qurban Göyçəli. Zərkənd. Bakı, "AKE NPM", 2013.
  4. 1 2 3 4 5 6 7 8 9 Հայաստանի Հանրապետության բնակավայրերի բառարան (erm.). Երևան: 2008. 184 s.
  5. Կորկոտյան Զ. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) (erm.). Երևան: 1932. 185 s.