Aşıq Əli Tapdıqoğlu (Əli Tapdıq oğlu Quliyev; 29 iyun 1988, Şamaxı) — Azərbaycan aşığı[1]
Aşıq Əli Tapdıqoğlu | |
---|---|
Əli Tapdıq oğlu Quliyev | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Əli Quliyev |
Ləqəbi | Tapdıqoğlu |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aşıqlıq |
Fəaliyyət illəri | 1997-ci ildən |
Musiqi aləti | saz |
Ustadı Aşıq Xanmusadan 5 il dərs almışdır[2].
2000–2001-ci illərdə İraqda keçirilən Babilistan beynəlxalq festivallarına qatılmış, həmin festivalda "Azərbaycan" mahnısını ifa etmişdir[2].
2005-ci ildə "Lider" TV-də respublika aşıqlarının "Ozan" müsabiqəsinə dəvət edilmiş, 6 ay davam edən həmin müsabiqədə sazda çaldığı aşıq havaları və eləcə də ifa etdiyim mahnı və muğamlarla məşhurlaşmışdır. Həmin müsabiqədə Şirvan aşıq məktəbini layiqincə təmsil edərək qalib yerlərdən birini tutmuşdur[2].
2005-ci ildə Türkiyədə beynəlxalq festivala dəvət almış və qalib kimi Azərbaycana qayıtmışdır[2].
2009-cu ildə Fransada keçirilən beynəlxalq festivalın təmsilçisinə çevrilərək aşıq sənətini layiqincə təmsil edə bilmişdir. 2011-ci ildə Belarusiyanın Babulski şəhərində keçirilən festivalda da iştirak edib[2].
"Lider" TV-də yayımlanan "Maşın" realiti-şousunun iştirakçılarından biri olmuşdur[3].