Aşıq Ağalar Mikayılov

Aşıq Ağalar Mikayılov (24 may 1913, Kürdəmir, Göyçay qəzası1988, Bakı) — Azərbaycan aşığı.[1]

Aşıq Ağalar Mikayılov
Ümumi məlumatlar
Doğum adı Ağalar Bilal oğlu Mikayılov
Doğum tarixi
Doğum yeri Qəşəd, Şamaxı qəzası, Rusiya imperiyası
Vəfat tarixi (75 yaşında) (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Musiqiçi məlumatları
Fəaliyyəti Aşıqlıq
Fəaliyyət illəri 1943-?
Musiqi aləti Saz
Mükafatları "İgidliyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağalar Bilal oğlu Mikayılov 1913-cü il may ayının 24-də Şamaxı qəzasının Qəşəd kəndində anadan olmuşdur.

A. Mikayılov İkinci Vətən müharibəsində könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibədən ikinci dərəcəli əlil kimi qayıtmışdır. Müharibədə iştirakına görə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.[2]

Aşıq Ağalar ilk sənət dərsini atası Aşıq Mirzə Bilaldan almışdır. O, 25 ilə yaxın aşıq sənəti ilə məşğul olmuşdur. Aşıq Ağalar təkcə ifaçı aşıq deyildir. Hələ gənc yaşlarından klassik şair və aşıqlarımızın yaradıcılıq təsirilə şeirlər yazmağa başlayan bu istedadlı aşıq, üç yüzdən artıq qoşma, gözəlləmə və iki dastanın müəllifi olmuşdur.

O, "Canan və Hicran", "Sofi və Gülşən", "Bağı və Qəmər", "Qatillər" adlı dastanların müəllifidir. Aşıq Ağaların bir neçə dəyərli və oxunaqlı qəzəlləri də vardır. Onun şeirləri "Aşıqlar", "Xalqın səsi", "Aşığın sözü" kitablarında işıq üzü görmüşdür.[3]

1956-cı ildə Azərbaycan hökuməti tərəfindən Aşıq Ağalara "Azərbaycanın el aşığı" fəxri adı verilmişdir. O, Azərbaycan Aşıqlar Qurultayının nümayəndəsi olmuşdur. Respublika Radiosunun "Qızıl Fondu"nda Aşıq Ağaların 29, Respublika Səsyazma Arxivində isə 3–4 saatlıq lent yazısı saxlanılır.

Aşıq Ağalar 1988-ci ilin oktyabr ayında vəfat etmişdir.

  1. Abdullayev, T. Sənətə və sənətkara ehtiram ifadəsi: Kürdəmirdə aşıq Ağalar Mikayılovun 100 illiyi qeyd olunub //Mədəniyyət.- 2014.- 30 may.- S.8.; Ədalət.- 2014.- 27 may.- S.6.; 525-ci qəzet.- 2014.- 27 may.- S.8.
  2. Qəniyev, S. Şirvanlı Aşıq Ağalar /S. H. Qəniyev; red. Q. Namazov; AMEA, Folklor İn-tu.- Bakı: Elm və təhsil, 2011.- 174, [2] s.
  3. Söz mənimkidir: şeirlər /Ağalar Mikayılov; red. və ön söz müəl. Y. Bahadurqızı.- Bakı: Çaşıoğlu, 2014.- 92, [2] s