Aşıq Camal

Aşıq Camal (d.1850, Baş Göynük kəndi, Şəki - 1907, Zəyəm kəndi, Qax) — azərbaycanlı aşıq.

Aşıq Camal
Doğum tarixi
Doğum yeri Baş Göynük kəndi, Şəki
Vəfat tarixi
Vəfat yeri Zəyəm (Qax)

Aşıq Camal şəki rayonunun Baş Göynük kəndində anadan olub. Daha sonra Qax rayonunun Zəyəm kəndində yaşayıb.

Aşıq Camal el sənətkarı olmuş, aşıq şeirinin müxtəlif janrlarında şeirlər yazmışdır. Qax rayonu, Zəyəm kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Bəsti Səfərqızı aşığın ədəbi irsindən xeyli nümunələr və onun yaratdığı “Şahbaz və Camalşah” dastanından müəyyən parçaları toplaya bilib. Aşığın əldə olan şeirləri onun yaradıcılıq potensialının genişliyindən və zənginliyindən xəbər verir.

Aşıq Camal 1907-ci ildə 77 yaşında vəfat etmişdir.[1]

  1. Ramiz Orsər. Şəkidən gələn səslər. Bakı: Еlm və Təhsil, 2018, səh. 98