Aşıq Pənah (film, 2007)

Aşıq Pənah qısametrajlı sənədli-bədii televiziya filmi Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Vasif Məmmədzadə tərəfindən 2007-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Bədii-sənədli televiziya filmi Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Pənah haqqındadır. Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib.

Aşıq Pənah
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Vasif Məmmədzadə
Ssenari müəllifi Eldar İsgəndərzadə
Baş rolda Taleh Pənahov
Operator Mahir Cahangirov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 22 iyun 2007, Azərbaycan Televiziyası
Filmin növü qısametrajlı sənədli-bədii televiziya filmi
Müddət 41 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2007
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Bədii-sənədli televiziya filmi Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Pənah haqqındadır.Eldar İsgəndərzadənin ssenarisi əsasında 2007-ci ildə çəkilmiş film.[1] Şair aşıq Pənahın həm el aşığı, həm də mahalının ağsaqqalı olduğu filmdə öz əksini tapır. Filmdə el sənətkarının ailə üzvləri, sənət dostları, eləcə də şagirdlərinin onunla bağlı maraqlı söhbətləri təqdim olunur.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film boyu ustadın obrazını oğlu Taleh Pənahov canlandırır.

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Eldar İsgəndərzadə
Rejissor: Vasif Məmmədzadə
Operator: Mahir Cahangirov

Rolda[redaktə | mənbəni redaktə et]

Taleh Pənahov — Aşıq Pənah

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ayxan. “Saz harayı”: Aşıq Pənah haqda film çəkilib //Ekspress.- 2008. — 26 avqust.- S. 10.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2007-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı