Aşıq Qasım

Aşıq Qasım (1867, Qaracəmirli, Yelizavetpol qəzası1919, Qaracəmirli, Gəncə quberniyası) — XIX əsr Azərbaycan aşığı.

Aşıq Qasım
Doğum tarixi 1867
Doğum yeri
Vəfat tarixi 1919
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti aşıq, şair
Vikimənbənin loqosu Aşıq Qasım Vikimənbədə

AŞıq Qasım 1867-ci ildə Şamxorun Qaracəmirli kəndində anadan olub və 1919-cu ildə buradaca dünyasını dəyişib.

Şəmkirli Aşıq Hüseynin şagirdi olan Qasım dövrünün məşhur aşıqlarından imiş. Gəraylı, qoşma, təcnismüxəmməslər yazan Qasım özündən sonra gələn aşıqlara çox böyük təsir göstərmişdir.

Saz-söz məclislərindən birində o usta aşıqların bir çoxunu tərifləyəndən sonra müəllimi Şəmkirli aşıq Hüseynin hamıdan bir baş yuxarı olduğunu belə təsvir etmişdir:

Aşıq Sayad Nova, Aşıq Ələsgər,
Aşıq Musa, Alı, Məmməd Söyün var,
Pənah, Molla Cümə, Çoban müxtəsər
Sənin kimi elmə dalan görmədim.

Aşıq Qasımın çoxlu sayda bənzətmələri də var.

Hazırda Şəmkir rayonunun Qaracəmirli və Talış kəndlərində, Şəmkir, Gəncə və Bakı şəhərlərində Aşıq Qasım nəsilinin üzvləri yaşayırlar. Həmin nəsil xalq arasında "Aşıqlı nəsilı" adı ilə məşhurdur. Soyadları isə onun adı ilə bağlı olaraq "Qasımov/Qasımlı" olaraq adlandırılmışdır.

  • Azərbaycan aşıqları və el şairləri. II cild. Bakı: 1984, səh.109–112.
  • Telli saz ustadları. Bakı: 1964, səh.95–97.