Aşıq Səfiyar (tam adı. Hüseynov Səfiyar Paşa oğlu; 1920, Daşkənd – sentyabr 1943) – ifaçı aşıq.
Aşıq Səfiyar | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Hüseynov Səfiyar Paşa oğlu |
Doğum tarixi | 1920 |
Doğum yeri | |
Vəfat tarixi | sentyabr 1943 |
Vəfat yeri | itkin düşüb |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, aşıq |
Fəaliyyət illəri | 1937-1942 |
Musiqi aləti | saz |
Təhsili |
|
Hüseynov Səfiyar Paşa oğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, gənc olmasına baxmayaraq qısa bir müddətdə nəinki Daşkənddə və eləcə də Göyçə mahalında ustad aşıqlardan biri kimi tanınmışdır.
1938-ci ildə İrəvan Aşıqlar Qurultayında fəal iştirak etmişdir. Festivalda II yeri tutmuş, döş nişanı ilə təltif edilmişdir.
1941-ci ildə Böyük Vətən Müharibəsi başladı. Aşıq Səfiyar 20 yanvar 1942-ci il tarixdə Basarkeçər RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Hüseynov Səfiyar Paşa oğlu 1943-cü ilin sentyabr ayında itkin düşmüşdür.[1]
Aşıq Səfiyar ailəli idi. Fərək Balış qızı (1924–2006) ilə ailə həyatı qurmuşdur. Məmləkət (1943) adlı qızı var.