Aşıq Ziyad

Aşıq Ziyad (tam adı. Məmmədov Ziyad Nadir oğlu) (d.1911, Daşkənd, Göyçə - itkin düşüb, Ukrayna, Sevastopol. 30.06.1942) — ifaçı aşıq.

Aşıq Ziyad
Ziyad Nadir oğlu Məmmədov
Doğum adı Ziyad Məmmədov
Doğum tarixi
Doğum yeri Daşkənd, Göyçə mahalı
Vəfat tarixi
Vəfat yeri Sevastopol, Ukrayna SSR, SSRİ
Vəfat səbəbi itkin düşüb
Fəaliyyəti aşıq

Məmmədov Ziyad Nadir oğlu 1911-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Böyük Qaraqoyunlu kəndindən Aşıq Əsədin şəyirdi olmuşdur. Elə şəyirdlik vaxtı da Aşıq Əsədin qızı Sürayəni sevib almışdır. Aşıq Ziyad qısa bir müddətdə nəinki Daşkənddə və eləcə də Göyçə mahalında ustad aşıqlardan biri kimi tanınmışdır.

1937-ci ildən ÜİLKGİ-nin üzvü olmuşdur. 1941-ci ilin sentyabr ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. Baş çavuş Məmmədov Ziyad Nadir oğlu 21-ci ehtiyat atıcı dvizyanın 102-ci ehtiyat atıcı alayının manqa komandiri və atıcısı olmuşdur.[1]

30 iyun 1942-ci ildə Ukraynanın Sevastopol rayonu ərazisində əsir düşmüşdür.

Aşıq Ziyad ailəli idi. Sürayə Aşıq Əsəd qızı ilə ailə həyatı qurmuşdur. Zəhra və Turac adlı iki qızı var.

  1. Araz Yaquboğlu. "Ozan dünyası. №2(30)" (PDF). Bakı (az.). "Elm və təhsil". 2018. İstifadə tarixi: 2018-12-26.