Aşağı çənənin (gicgah-çənə oynağının) çıxıqları - aşağı çənənin oynaq başının (kondilus çıxıntısının) oynaq çuxurunda yerdəyişməsidir. Aşağı çənə başının yerdəyişmə istiqamətindən asılı olaraq aşağı çənə çıxıqları bölünür:
Aşağı çənənin çıxığı | |
---|---|
| |
XBT-10 | S |
XBT-9 | |
eMedicine | article/823775 |
Vikianbarda əlaqəli mediafayllar |
Daha çox ön çıxıqlara rast gəlinir. Çənə başının daxilə və ya xaricə yerdəyişməsi çox az müşahidə edilir, ona yalnız kondilus çıxıntısının sınığı ilə birləşdikdə rast gəlinir (sınıqlı çıxıq).
Ön çıxıqların əmələ gəlməsinə səbəb olur:
Adətkar çıxıqlar çənələrin bəzi deformasiyaları, dişlərin qapanma anomaliyaları (məsələn, arxa dişlərin itirilməsilə progeniya) ilə əlaqədardır. Aşağı çənənin önə doğru çıxığı adətən əsnəmə, qışqırma, qusma, dişlərin çəkilməsi və ya böyük ölçülü qida topasını udma zamanı ağızın həddindən artıq açılması nəticəsində baş verir. Bəzən bu çıxıq mədənin zondlanması, traxeyanın intubasiyası zamanı, traxeobronxoskopiya zamanı narkoz vəziyyətində müşahidə edilir. Yaranma tezliyindən asılı olaraq çıxıqlar kəskin və adətkar olmaqla iki yerə ayrılır. Travmatik çıxıq adətən aşağı çənə nahiyəsinə zərbə endirərkən əmələ gəlir:
Adətkar çıxıqlar gündə bir neçə dəfə əmələ gələ bilər və xəstənin özü tərəfindən yerinə salınır. Adətkar çıxıqlar çox vaxt epileptiklərdə, həmçinin ensefalit keçirmiş şəxslərdə və klonik qıcolmadan əziyyət çəkənlərdə müşahidə edilir. Burxulmanın səbəbləri:
Adətkar çıxıq aşağı çənənin kəskin çıxığının düzgün müalicə edilməməsi nəticəsində də yarana bilər (çənənin yerinə salınmasında müəyyən vaxt sonra onu immobilizasiya etməmək). Bunun nəticəsində oynaq kapsulası və oynağın bağ aparatı xeyli dartılır.
Ön çıxıq aşağı çənə başının gicgah sümüyünün oynaq qabarına nisbətən önə yerdəyişməsi ilə xarakterizə olunur, nəticədə də ağız açıq qalır (ikitərəfli çıxıq zamanı ağız daha geniş açıq qalır), çənə aşağı və önə doğru yerini dəyişib (ikitərəfli çıxıq zamanı), zərərçəkən az və ya çox dərəcədə ağrı hiss edir. Nitq çətinləşib, çeynəmə mümkün deyil, ağızdan tüpürcək axır, çünki dodaqları qapamaq çətin, hərdən isə ümumiyyətlə mümkün deyil. Birtərəfli çıxıq zamanı çənə mərkəzi kəsicilərlə və aşağı dodaq yüyəni ilə sağlam tərəfə yerdəyişir, ağız yarıaçıqdır, dodaqları qapamaq olur. Aşağı çənənin hərəkəti yalnız aşağıya doğru mümkündür, lakin ağız bu zaman daha böyük açılır. Qulaq traqusundan öndə enmə, almacıq sümüyünün altında gicgah sümüyünün oynaq qabarından öndə isə aşağı çənə başının gicgahaltı çuxura yerdəyişməsi hesabına qabarma müəyyən edilir. Çənə şaxələrinin arxa kənarı çəp istiqamət alır, çənə bucağı isə gicgah sümüyünün məməyəbənzər çıxıntısı ilə yaxınlaşır. Gicgah-çənə oynağının yan proyeksiyada rentgenoqramı zamanı aşağı çənə başının gicgah sümüyünün oynaq qabarından öndə olması görünür. Kəskin çıxığın ağırlaşmaları residivlər və adətkar çıxıqlar hesab edilir. Aşağı çənənin arxaya doğru çıxığı yaranır:
Bunun nəticəsində aşağı çənə başı aşağı çənə çuxuru ilə gicgah sümüyünün məməyəbənzər çıxıntısı arasında , eşitmə borusunun aşadivarı altında müəyyən edilir. Bəzən bu zaman xarici qulaq keçəcəyinin ön divarı (sümük divarı) sınır ki, bu da aşağıdakı əlamətlərlə aşkara çıxır:
Makroqlossiya zamanı çıxıq dilin enməsinə və tənəffüsün çətinləşməsinə gətirə bilər. Burxulma nəticəsində oynaq elementləri oynağın yuxarı (diskotemporal burxulma) və ya aşağı hissəsi ilə (diskokondulyar burxulma) yerdəyişir. Birinci halda aşağı çənə başı oynaqdaxili disklə önə yerdəyişir, sonuncu halda isə disk tərpənmədən ondan sürüşür. Bu zaman əvvəlcə disk əyilir, daha sonra isə düzəlir ki, bu da şaqqıltı və ya xırçıltı ilə müşayiət olunur. Daha doğrusu bu halda xroniki təkrarlanan burxulma müşahidə edilir.
Yekun diaqnozun qoyulması kliniki anamnez və kliniki mənzərə məlumatları, eləcədə əlavə müayinə üsullarının nəticələri əsasında qoyulur. Birtərəfli çıxığı aşağı çənənin birtərəfli sınığından differensiasiya etmək lazımdır. Bu zaman çənənin önə və sağlam tərəfə hərəkət etdirilmə simptomu olmur. Aşağı çənənin ikitərəfli ön çıxığını kondilus çıxıntılarının və ya çənə şaxələrinin sınmış hissələrlə yerdəyişməsi ilə ikitərəfli sınığından fərqləndirmək lazımdır (yəni sınıq zamanı sınmış hissələrlə birgə yerdəyişmə). Bu zaman aşağıdakı əlamətləri nəzərə almaq lazımdır:
Rentgenoqrafik olaraq çıxıqla müşayiət olunmayan sınıqlar zamanı müəyyən olunur ki, aşağı çənə başı öz yerində yerləşir, çıxıq zamanı isə o, oynaq çuxurundan çıxır və oynaq qabarından öndə yerləşir. Sınıq zamanı çıxıqdan fərqli olaraq rentgenoqramda sınığın kölgəsi yarıq şəklində görünür.