Aşağı İstisu – Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində mineral bulaq.
Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Tərtərçayın sahilində, 2100-2800 metr yüksəklikdə yerləşir. Bu bulaqların ətrafında kurort salınmamışdır. Suyundan müalicə və içmək üçün istifadə edilir.
Aşağı İstisu bulaqları çox debitli 8 bulaqdan ibarətdir, suyunun dadı turşməzədir.
Mineral bulaqlar 1139-cu ildə zəlzələ zamanı yerin çatlaması nəticəsində əmələ gəlmişdir.