Yuxarı İstisu – Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində mineral bulaq.
Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Tərtərçayının sahilində, 2100–2800 metr yüksəklikdə yerləşir. Buradakı mineral su olduqca qiymətlidir. Bu bulaqların ətrafında kurort salınmışdır. Suyundan müalicə və içmək üçün istifadə edilir.
Mineral bulaqlar 1139-cu ildə zəlzələ zamanı yerin çatlaması zamanı nəticəsində əmələ gəlmişdir.