Aşağı İstisu – Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində mineral bulaq.
Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Tərtərçayın sahilində, 2100–2800 metr yüksəklikdə yerləşir. Bu bulaqların ətrafında kurort salınmamışdır. Suyundan müalicə və içmək üçün istifadə edilir.
Aşağı İstisu bulaqları çox debitli 8 bulaqdan ibarətdir, suyunun dadı turşməzədir.
Mineral bulaqlar 1139-cu ildə zəlzələ zamanı yerin çatlaması nəticəsində əmələ gəlmişdir.