A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur.[1] 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir.[2] Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır.[3]
A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi."[4]
A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı. İlk dəfə olaraq görkəmli bir Qərb naşiri Ukraynanın bir nəşriyyat kitabına maraq göstərirdi. 1992–2005-ci ildə Əlifba ilə başlayan 100-ə yaxın kitab dərc etdi.[5]
15 il müddətində "A-ba-ba-qa-la-ma-qa" adlı çap edilmiş materialların ümumi dövriyyəsi 3 milyon nüsxəyə çatdı.[6]
2001-ci ildə Moskva Beynəlxalq Kitab Sərgisində müvəffəqiyyətdən sonra, Malkoviç 2004-cü ildə Rusiyanın Moskva şəhərində filial açmağı qərara aldı. Nəşriyyat evi, rus dilində kitablar dərc etməyə başladı ki, bu da Ukraynada yayılmamalı idi.[7]