A.R.O.G

A. R. O. G (tam adı ilə A. R. O. G: Bir Yonma Daş Filmi, türk. A.R.O.G: Bir Yontma Taş Filmi) Cem Yılmazın Əli Taner Baltacı ilə birlikdə rejissorluğunu etdiyi 2008-ci il istehsalı elmi-fantastikafantastik komediya filmidir[3]. Film G. O. R. A. filminin əsas qəhrəmanı Arifin daş dövründə keçən yeni macərasından bəhs edir. 2008-ci ilin dekabr ayının 5-də Türkiyədəki kinoteatrlarında nümayişinə başlanmışdır. Film G. O. R. A filminin davamı olaraq xarekterizə edilsə də, Cem Yılmaz bu filmin G. O. R. A.-nın davamı olmadığını, bir-başa ayrı bir film olaraq çəkildiyini demişdi. A. R. O. G adı isə G. O. R. A.-nın tərsidir.

A.R.O.G
türk. A.R.O.G
Filmin afişası
Filmin afişası
Janr Komediya
Rejissorlar Əli Taner Baltacı
Cem Yılmaz
Prodüserlər Murad Ağdilək
Cem Yılmaz
Ssenari müəllifi Cem Yılmaz
Baş rollarda Cem Yılmaz
Özgə Özbərk
Ozan Güvən
Zafər Algöz
Həsən Kaçan
Nil Karaibrahimgil
Bəstəkar Jingle House
İlk baxış tarixi 2008, 4 dekabr 2008[2]
Filmin digər adı A.R.O.G: Bir Yonma Daş Filmi
Müddət 128 dəqiqə
Büdcə 8,5 milyon ABŞ dolları
Gəlir 19.736.977 ABŞ dolları[1]
Ölkələr Türkiyə Türkiyə
Dil Türkcə
İl 2008
Əvvəlki film G.O.R.A
Sonrakı film Arif V 216
Rəng rəngli
Çəkiliş yeri Mərkəzi Anadolu regionu Afyonqarahisar, Aralıq dənizi regionu Antalya
IMDb ID1286126

Xalça satıcısı Arif qəhrəmanlıqları ilə G. O. R. A. planetində yalnız dost qazanmaqla qalmaz, çoxlu düşmən də qazanar. Etdiklərinə görə düşmənləri ona cəza verər. Komandir Loqar Arifi bir zaman maşını ilə 1 milyon il geriyə, daş dövrünə gedər.

Burada Arif özünə olan sonsuz inamı sayəsində xalqın arasına qarışır. Əlbəttə, mağara adamları üçün bu qarşılaşmanın təsiri böyük olur və həyatlarında açıq bufet, fəvvarə kimi yeniliklərlə, mədəniyyət ilə bir az tez tanış olurlar.

Arif daş dövründə tez dost qazansa da, tək istəyi bir an əvvəl indiki zamana, hamilə arvadı Cekunun yanına qayıtmaqdır. Bunun üçün bir zaman maşını düzəltmək üçün sürətli bir texnologiya inkişaf etdirməsindən başqa bir əlacı yox idi.

Arifin sürətləndirilmiş təkamül prosesi, inkişaf mövzusunda fərqli fikirləri olan bəzi daş dövrü insanını hirsləndirməyə başlayır. Mədəniyyətlər arası qarşıdurma səbəbiylə Arif qısa müddətdə öz xəyalındakı gələcək layihəsinə uyğun gəlməyən bir sıra ictimai çətinliklə qarşı-qarşıya gəlir.

Cem Yılmazın 2004-cü ildə nümayiş olunan G. O. R. A. filmindən dörd il sonra 2008-ci ilin dekabr ayının 4-də Avropa kinoteatrlarında nümayiş olundu.

8 milyon €-dan çox büdcəsi ilə A. R. O. G. Türkiyə kinosunda indiyə qədər çəkilmiş ən bahalı filmlərdən biri olmuşdur.

Avropada bir çox ölkədə alt yazılı olaraq nümayiş edilmişdir. Cem Yılmaz 2016-cı ilin may ayının 17-də Instagram səhifəsindən 2018-ci ildə G. O. R. A. və A. R. O. G-un davamı olan ARİF V 216 filminin çəkiləcəyini anons etmişdir.

Aktyor Rol
Cem Yılmaz Arıf İşıq

Kaaya

Komandir Loqan

Kubar

Eniqma

Zəfər Algöz Qarğa

Həkim

Kumo

Özgə Özbərk Ceku
Ozan Güvən Taşo
Özkan Uğur Dimi
Nil Karaibrahimgil Mimi
Rıdvan Dilmen Özü
Həsən Qaçan Cuhara
Mətin Keçəçi Meto
Muhittin Qorxmaz Bidi

Tihulu

Sabri Günay T-Rex
Əmrə Dəmirqapı Atomiks

Qatıldığı Festivallar və Qazandığı Mükafatlar

[redaktə | mənbəni redaktə et]

Yeşilçam Mükafatları:

  • Ən yaxşı film --
  • Ən yaxşı rejissor --
  • Ən yaxşı kişi aktyor --
  • Ən yaxşı yardımcı kişi aktyor --
  • Ən yaxşı vizual rejissoru --

Cem Yılmaz Yeşilçamdan əli boş dönməsinin normal olduğunu və namizəd göstərilmək digər filmlərə görə fərqli format da bir film olaraq onsuz da bir müvəffəqiyyət olduğunu mükafat alan şəxslərin layiqincə aldığını söyləmişdir.

Siyad Mükafatları:

  • Ən yaxşı sənət idarəsi --
  • Ən yaxşı fantastika --
  • Ən yaxşı vizual rejissoru --
  • Ən yaxşı kişi aktyor ifası --

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Box Office Arxivləşdirilib 2010-01-27 at the Wayback Machine (Türkcə)
  2. http://www.kinokalender.com/film6825_arog.html.
  3. A. R. O. G. (Türkce). Milliyət Sinema