ABŞ–Özbəkistan münasibətləri

ABŞ–Özbəkistan münasibətləriABŞ ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. 2002-ci il qlobal bir rəy sorğusuna görə, özbəklərin 85 %-i ABŞ-yə müsbət yanaşır, yalnız 10% -i ABŞ-yə mənfi münasibət bəsləyir[1]. 2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, özbəklər in 40% -i ABŞ rəhbərliyini təsdiqləyir, 22% -i dəstəkləmir və 39% -i isə qeyri-müəyyən münasibət bildirir[2].

ABŞ–Özbəkistan münasibətləri
ABŞ və Özbəkistan
 ABŞ  Özbəkistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

İkitərəfli münasibətlər 19 fevral 1992-ci ildə qurulmuşdur. 1992-ci ildən bəri ABŞ ilə Özbəkistan Sərhəd və Regional Təhlükəsizlik Proqramı, iqtisadi əlaqələr, siyasi və vətəndaş cəmiyyəti məsələləri, habelə Özbəkistan əhalisi üçün ingilis dili təhsili kimi sahələrdə əməkdaşlıq edir. Özbəkistan Orta Asiya bölgəsində sabitlik, firavanlıq və təhlükəsizliyin təmin edilməsində ABŞ-nin vacib bir tərəfdaşıdır və ABŞ bu məqsədləri irəli sürmək üçün Özbəkistana təhlükəsizlik yardımı göstərir. Regional təhdidlərə aşağıdakılar daxildir: narkotik ticarəti, insan alveri, terrorizm və ekstremizm. Özbəkistan NATO-nun Əfqanıstandakı sülhməramlı qüvvələri üçün, ilk növbədə istifadə üçün elektrik və dəmir yolu infrastrukturunun təmin edilməsi yolu ilə əsas tərəfdaşdır.

11 sentyabr 2001-ci il terror hücumlarından və ABŞ-nin himayəsində "qlobal antiterror koalisiyası" yaradıldıqdan sonra Özbəkistan ABŞ-ni antiterror kampaniyasında dəstəklədi və öz ərazisindən istifadə etməsinə icazə verir. Bundan sonra ABŞ və NATO, üsrtəlik Özbəkistanla Qərb arasındakı münasibətlər istiləşir. Ölkə lideri İslam Kərimov bir neçə dəfə ABŞ-yə səfər edib. Özbəkistan ABŞ-nin strateji tərəfdaşı hesab edilir və əhəmiyyətli maliyyə yardımlarından istifadə edir.

7 oktyabr 2001-ci il tarixində imzalanmış ikitərəfli müqaviləyə uyğun olaraq burada yerləşdirilmiş C-130 hərbi nəqliyyat təyyarəsi ilə təxminən on Black Hawk helikopteri və 500 nəfərlik hərbi personal heyəti Özbəkistana köçürülür. Bu bazanın istifadəsi üçün ABŞ ildə 100 milyon dollar ödəyir.

2004-cü ilin iyul ayında ABŞ-nin Daşkənddəki səfirliyinin yaxınlığında partlayış baş verir. Amerika Birləşmiş Ştatları vətəndaşlarına zərər dəymir.

ABŞ Özbəkistan səlahiyyətlilərindən Əndicanda may hadisələri ilə bağlı müstəqil bir araşdırma aparmasını tələb etdikdən sonra, 2005-ci il iyulun əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı sammitində Amerikanın Qırğızıstan və Özbəkistanda hərbi mövcudluğunun məqsədəuyğunluğunu düşünməyə çağıran bir bəyannamə qəbul edilir. Qısa müddət sonra Özbəkistan səlahiyyətliləri Amerikalıların bazanı altı ay ərzində tərk etməli olduqlarını elan edir.

Ticarət[redaktə | mənbəni redaktə et]

Özbəkistan iqtisadiyyatı tarixən kənd təsərrüfatına və təbii ehtiyatların çıxarılmasına əsaslanır. Bununla yanaşı, ölkə həm də əsas enerji və mineral istehsalçısı olaraq qalır. Ölkədə çıxarılan uran ABŞ-yə ixrac olunur. İistehsalı son illərdə artmış və hazırda uran ixracatı kənd təsərrüfatının payını aşaraq ÜDM-in dörddə birini təşkil edir. Özbəkistan Mərkəzi Asiyada investisiya mühitinin yaxşılaşdırılması və ticarətin genişləndirilməsi yollarını müzakirə etmək, regional forum yaratmaq üçün ABŞ və digər Orta Asiya ölkələri ilə ticarət və investisiya müqaviləsi imzalamışdır. Özbəkistan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün bəzi addımlar atmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Uzbekistanian Opinion of the U.S." 2016-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
  2. U.S. Global Leadership Project Report - 2012 Arxivləşdirilib 2015-07-13 at the Wayback Machine Gallup (company)