ABŞ Prezident seçkisi (2012) (ing. United States presidential election of 2012) — 6 noyabr 2012-ci il tarixində ABŞ-də keçirilmiş, sayca 57-ci prezident seçkisi. ABŞ Demokrat Partiyası 2012-ci il üçün ilkin seçkilər keçirməmiş, ABŞ Prezidenti Barak Obamanın namizədliyini irəli sürmüşdür.
← 2008 2016 → | |||
ABŞ-də prezident seçkiləri (2012) | |||
---|---|---|---|
6 noyabr 2012 | |||
Namizəd | Barak Obama | Mit Romni | |
Partiya | Demokratlar | Respublikaçılar | |
Səslər | 65,915,795 (51,1%) |
60,933,504 (47,2%) |
|
| |||
Nəticə | Demokratlar Partiyasının prezidentliyə namizədi Barak Obama 51,1% səs toplayaraq prezident seçildi. |
ABŞ-də hər 10 ildən bir keçirilən əhalinin siyahıya alınması, sonuncu dəfə 2010-cu ildə keçirilmişdir. Belə siyahıya alınmaya əsasən hansı ştatın nə qədər nümayəndə vermək hüququ olduğu müəyyən edilir. ABŞ Prezident Seçkilərinin ən önəmli cəhəti hər bir ştatdan əldə olunan nəticənin, ümumi nəticədən üstün tutulmasıdır. Buna misal olaraq, 2000-ci ildə keçirilən seçkiləri göstərmək olar. Həmin seçkilərdə Corc Uoker Buş 50.456.002 onun rəqibi Albert Qor isə 50.999.897 seçinin səsini toplamışdır. Ümumi seçkini Albert Qor qazansa da, 30 ştatda üstünlük əldə etmiş Corc Uoker Buş prezident seçilmişdir. Bu baxımdan ümumi say çoxluğundan daha çox, ayrı-ayrı ştatlarda üstünlük qazanmaq, namizədlər üçün daha önəmlidir.
Hal-hazırda ABŞ Respublikaçılar Partiyası seçki prosesində daha fəal iştirak edir. Seçki marafonundan əvvəl 10 nəfər Respublikaçılar Partiyasından namizədliyini irəli sürmüşdü. Bunlardan 6-sı təbliğat prosesi zamanı namizədliklərini qeri götürnmüşdür. 2012-ci ilin fevral ayından etibarən ABŞ Respublikaçılar Partiyasının vahid namizədi olmaq uğrunda dörd nəfər mübarizə aparır. Eskpertlərin fikrincə, 4 nəfər əsas namizəd arasında, ən zəif nəticə Ron Pol və Nyu Qinqricə məxsusdur. Digər iki namizəd olan Mit Romni və Rik Santoryum isə bərabər şəkildə mübarizə aparırlar. Son praymerzlərdə, Mit Romninin bir-birinin ardınca qələbə qazanması onun şansını daha da artırmışdır. Ümumən 2012-ci il ABŞ Prezident Seçkisində Barak Obamanın əsas rəqibi kimi Mit Romni göstərilir.
2012-ci ildə ABŞ Respublikaçılar Partiyasının seçki qurutlayı 27–31 avqust tarixində keçirləcəkdir. Qurultayın keçiriləcəyi şəhər hələ seçilməmişdir. Pyoniks, Solt Leyk Siti və Tampa şəhərləri arasında seçim aparılır.[1] ABŞ Demokrat Partiyasının seçki qurultayı 3–7 sentyabr tarixlərində keçirilməsi nəzərədə tutulur. Qurultayın keçiriləcəyi şəhər kimi Dallas və Şarlotta şəhərləri arasında seçim edilir.[2]