ABŞ Ali məhkəməsi (ing. Supreme Court of the United States) — ABŞ-nin ali məhkəmə instansiyası.
ABŞ Ali məhkəməsi | |
---|---|
ing. Supreme Court of the United States | |
Ümumi məlumatlar | |
38°53′26″ şm. e. 77°00′16″ q. u.house HGYO | |
Ölkə | ABŞ |
Yeri | |
Yurisdiksiya | Amerika Birləşmiş Ştatları |
Yaranma tarixi | 1789 |
Hakim sayı | 9 |
Hakimlik müddəti | qeyri-məhdud |
Sədr | Con Roberts |
supremecourt.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsası 1789-cu ildə qoyulmuş bu məhkəmə biri sədr olmaqla 9 hakimdən ibarətdir. Məhkəmə ümumiyyətlə apelyasiya məhkəməsi kimi çıxış edir, lakin bir sıra hallarda (məsələn, diplomatlar və ya bir ştatdan digərinə məhkəmə iddiası ilə) birinci instansiya məhkəməsi ola bilər.
Hakimlər prezident tərəfindən Senatın razılığı ilə ömürlük təyin olunur və səlahiyyətlərinə yalnız könüllü istefa və ya törədilmiş cinayətlərə görə impiçment nəticəsində vaxtından əvvəl xitam verilə bilər. 1789–2005-ci illər arasında ABŞ prezidentləri Ali Məhkəmənin hakimi vəzifəsinə 149 namizəd təklif etmiş, bunların 80% -i hakim seçilmişdir. Statistikaya görə, yeni hakim hər 22 aydan bir təyin olunur.