Amerika Birləşmiş Ştatları Gömrük və Sərhəd Mühafizəsi (ingiliscə: United States Customs and Border Protection (CBP)) Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin nəzdində fəaliyyət göstərən ölkənin sərhədlərinin mühafizə edilməsinə cavabdeh olan federal agentlikdir. O, ABŞ-ın ən böyük hüquq-mühafizə orqanlarından biridir və sərhədləri mühafizə etmək, beynəlxalq ticarəti tənzimləmək və asanlaşdırmaq, idxal rüsumlarını yığmaq və ticarət, gömrük və immiqrasiya qaydalarına əməl etmək funksiyalarını icra edir.[2][3] Baş ofisi Vaşinqton şəhərindəki Ronald Reyqan binasında yerləşir.[4]
Amerika Birləşmiş Ştatları Gömrük və Sərhəd Mühafizəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 1 mart 2003 |
Baş qərargah | |
Rəsmi saytı | cbp.gov |
Vikianbarda əlaqəli mediafayllar |